“Hindistanı tənqid etmək onun demokratiyasına hörmətsizlikdir”
“Hindistanı tənqid etmək onun demokratiyasına hörmətsizlikdir”
30 Sentyabr 2019 13:22 SiyasətHindistanın Kəşmirlə bağlı son qərarı Kanval Sibal tərəfindən izah olundu
"370-ci maddənin ləğvi açıq şəkildə Hindistanın daxili işidir. Hindistan və Cammu və Kəşmir arasındakı Konstitusiya tənzimləmələri heç bir xarici öhdəlik nəzərdə tutmayan, hər zaman ölkədəki siyasi idarəetmə məsələsi olmuşdur. BMT-nin Kəşmirlə bağlı qətnamələri 370-ci maddədən əvvəl; Hindistan və Cammu və Kəşmir ştatı arasında hər hansı bir Konstitusiya tənzimləməsini nəzərdə tutmamışdır. Əgər BMT-nin Hindistanda Hərbi Müşahidə Qrupuna bir neçə ildir Cammu və Kəşmirdə mövcud olmağa icazə verilirdisə, bu Cammu və Kəşmirin Konstitusiya statusuna nəzarət etmək üçün deyil, bu Hindistan və Pakistan arasında atəşkəsə nəzarət etmək üçün idi.
370-ci maddə sadəcə Cammu və Kəşmirin Hindistan Birliyinə inteqrasiyasının bir xüsusiyyəti idi və müvəqqəti hal idi. Bu maddə heç bir şəkildə ştata hər hansı bir xarici şəxsiyyət verməmişdir. Hindistanın daxili siyasəti və hüquqi problemləri bu maddənin ömrünü uzatsa da, milli maraqların üstünlüyünə dair siyasi mülahizələr onu yenidən nəzərdən keçirməyə məcbur etdi. 370-ci maddənin mövcudluğu ştat üçün hər hansı xarici hüquqlar yaratmadığı üçün onun ləğvi də bu cür hüquqları pozmur." Bu haqda Hindistanın sabiq Xarici İşlər üzrə Katibi Kanval Sibal açıqlama verib.
Sabiq katib Hindistan Konstitusiyasının bir çox maddəsi zaman-zaman Cammu və Kəşmirə aid edilsə də, bir çox əsas istiqamətlərdə onun muxtariyyatına toxunulmağını bildirir: "O, öz demoqrafik şəxsiyyətini və mədəni kimliyini qorudu; Ştatdan kənar heç kəsin orada torpaq və ya əmlak almaq hüququ yox idi. Yalnız ştatın özünün yaşayış hüquqlarını müəyyən etmək səlahiyyəti var idi. Bu, mərkəzi hökumətin gözdən qaçırdığı bir çox ədalətsizliklə nəticələndi.
Bölgüdən sonra, Cammu və Kəşmirə sığınan Pakistandan gələnlərə yaşamaq statusu verməkdən imtina edilirdi, bu isə ştatın qanunverici orqanlarına səsvermə hüququnun verilməməsi, təhsil və məşğulluq imkanlarında ayrıseçkilik və s. demək idi. Öz ştatından kənarda evlənən Cammu və Kəşmir qadınlarının uşaqlarına yaşayış və mülkiyyət hüququndan imtina etmək gender ayrıseçkiliyinin gözə çarpan hadisəsi idi. Cammu və Kəşmirin əhalisi qeydiyyata alınmış tayfalar və kastalar üçün rezervasiya hüququ kimi bir çox sosial yönümlü mərkəzi proqramlardan faydalana bilmirdi. Bu siyahı uzundur.
Müstəqilliyini milli tələblərə konstruktiv şəkildə uyğunlaşdırmaqla, iqtisadi və sosial tərəqqini bütövlükdə xalqla ahəngdə davam etdirməklə, ölkənin qalan hissəsi ilə harmoniyada olan bir cəmiyyət olaraq daha dərin demokratik kök salmaqla öz muxtariyyat statusundan faydalanmağa davam etməsini təmin etmək əvəzinə ştatın siyasətinə nəzarət edən, əksəriyyəti müsəlman rəhbərliyi Kəşmir ilə Hindistanın qalan hissəsi arasında ikitərəfli yadlaşma yaratmaq üçün hər cür töhfə verdi. Vadidə olan müsəlmanların bir hissəsi "azadlıq" iddialarını qidalandıararq, heç zaman bu termini müəyyənləşdirməmişdilər ki, uzaqlaşma və separatist siyasət hissləri daim bəslənsin. Dünyəvi bir ölkədə İslam anklavı yaratmaq üçün kinoteatrları, barları və əyləncə mərkəzləri bağlamaqla Vahabilik Sufi ənənələrini tədricən sarsıtdı. 1989/90-cı illərdə Vadidə olan İslam qüvvələri Kəşmirin yerli əhalisi olan panditləri ağır bir etnik təmizləmə hərəkəti olaraq zorla oradan çıxarılmışdır.
Kəşmir məsələsinin və beynəlxalq səhnədəki proyeksiyasının kökündə Pakistanın ölümcül əli var idi. Pakistan 1947-ci ildə Cammu və Kəşmir ştatının bir hissəsini qeyri-qanuni olaraq işğal etdi (Pakistan tərəfindən işğal olunmuş Cammu və Kəşmir) və Hindistanı BMT-dən kömək istəməyə vadar etdi. Daha sonra plebisit keçirmək üçün ilkin şərt olaraq qanunsuz işğal olunmuş ərazilərdən geri çəkilməməklə BMT qətnamələrini pozdu. 1965-ci ildə və 1971-ci illərdə Kəşmirdə Hindistana qarşı hərbi təcavüz etməklə BMT qətnamələrini yenidən pozdu. 1972-ci il Simla Sazişinə əsasən, Kəşmir məsələsinin Hindistanla ikitərəfli və sülh yolu ilə, heç bir üçüncü tərəfin müdaxiləsi olmadan həll etmək öhdəliyini götürdü."
Kanval Sibal Sovet İttifaqının Əfqanıstandan çıxmasından sonra 1990-cı ildə terror hücumu ilə, o vaxtdan etibarən fasiləsiz davam edən, infiltrasiya, silah tədarükü və hakimiyyət uğrunda mübarizə hərəkəti ilə Simla Sazişini pozduğunu qeyd edir: "1999-cu ildə Kargildə Kəşmir məsələsini beynəlmiləlləşdirməyə yönəlmiş hərbi sərgüzəştləri uğursuz oldu.
Cammu və Kəşmir və Ladaxdan ibarət iki ayrı Birlik Ərazisi yaratmaqla Hindistanın Cammu və Kəşmirdəki konstitusiya dəyişiklikləri, onların xarici sərhədlərinə, istər Cammu və Kəşmirin Pakistanla nəzarət xəttinə, istərsə də Ladaxda Çinlə faktiki nəzarət xəttinə təsir göstərmir. Nə Pakistanın, nə də Çinin etiraz etməyə heç bir səbəbi yoxdur. Çünki Pakistan heç vaxt Cammu və Kəşmirin Hindistanla inteqrasiyasını qəbul etməmişdir, baş verən təlaşları nəzərə alaraq, Pakistan, 370-cı maddənin saxlanılmasının Cammu və Kəşmirin Hindistanla inteqrasiyasını onun üçün məqbul hala gətirdiyini söyləmədiyi halda, 370-cı maddənin mövcud olub-olmaması heç bir məna kəsb etmir, belə ki, yeni bir vəziyyət yaratmır. Çin də 370-cı maddə ilə Çinin Hindistanla Ladaxda sərhəd mübahisəsini həll etməyə hazır olduğunu söyləmədiyi halda, ki, belə bir məsələ yoxdur, bu Ladaxa da aiddir.
Pakistan bölgədəki sülhü pozmasa da və ya Pakistanın təhlükəsizliyinə təsir etməsə də, Hindistanın Cammu və Kəşmir bölgəsindəki konstitusiya ilə bağlı addımına qarşı beynəlxalq kampaniya aparır. Pakistan, əslində, Hindistana etdiyi sərt və təmkinsiz hücumlara, o cümlədən Baş nazirinə qarşı şəxsi təhqir və nüvə müharibəsi təhlükəsini canlandırmaqla gərginlik yaradır. Çin, Pakistanın Kəşmir məsələsini beynəlxalq səviyyəyə çıxartmaq təklifini dəstəkləyərək avqust ayında BMT Təhlükəsizlik Şurasında Cammu və Kəşmir mövzusunda qapalı müzakirələr apardı.
Nəticə ilə bağlı heç bir açıqlama və ya press-reliz verilməsə də, Pakistan bu uğursuzluqdan çəkinməyərək və Cenevrədəki İnsan Hüquqları Şurasında Cammu və
Kəşmirdə insan hüquqlarının pozulması məsələsini qaldırdı (və Hindistandan müvafiq cavab aldı) və BMT-nin Baş Assambleyasının növbəti sessiyasında təşviq etmək niyyətindədir.
Pakistanın Bəluclar, Şiələr, Əhmədilər, Xristianlar, Sikhlər və Hindlilər kimi etnik qruplarına və azlıqlarına münasibətdə insan hüquqları ilə bağlı dəhşətli tarixçəsini nəzərə alsaq, Pakistan özünü Cammu və Kəşmirdə insan hüquqlarının qoruyucusu kimi özünü təqdim etmək vəziyyətində deyil. Onun kafir qanunları ölkədəki azlıqları vahiməyə salır, Sipah-e Sahiba kimi ekstremist təşkilatlar isə şiələri hədəf alır. O, sərhəd bölgələrindəki mülki əhaliyə qarşı hava gücündən və ağır silahlardan istifadə etmişdir. O, Hindistan və Əfqanıstanda terror əməliyyatlarında alət kimi xidmət edən cihadi təşkilatlarını qoruyur. Həmçinin, Pakistan tərəfindən işğal edilmiş Cammu və Kəşmirdə demoqrafik dəyişikliklər edərək orada siyasi azadlıqları boğmuşdur."
"Məhkəmə nəzarətinə açıq olan bir demokratik parlament prosesi ilə Cammu və Kəşmirdə edilmiş konstitusiya dəyişikliklərinə qarşı olaraq, Pakistan, Şaksqam Vadisini Çinə qanunsuz olaraq güzəştə gedərək, Pakistanın öz tərifinə görə "mübahisəli" ərazi olan Pakistan tərəfindən işğal olunmuş Cammu və Kəşmir boyunca Karakoram şossesini və indi isə Pakistan İqtisadi Dəhlizini inşa etməsinə Çinə icazə verərək Pakistan tərəfindən işğal olunmuş Cammu və Kəşmirdə mühüm birtərəfli dəyişikliklər etdi. O, ərazi və geosiyasi status-kvonu dəyişdirək Pakistan tərəfindən işğal olunmuş Cammu və Kəşmirdə Çinin hərbi və mülki şəxslərini daimi yerləşdirməklə Çin-Pakistan İqtisadi Dəhlizi ilə Hindistanın təhlükəsizliyini təhdid etmişdir.
Pakistanın son otuz il ərzində Cammu və Kəşmirdə terrorizmi maliyyələşdirdiyi reallığını, eləcə də, ştatda fəaliyyət göstərən müdafiəçiləri, zorakılığı başlatmaq üçün sosial mediadan istifadə, Kəşmirli müsəlmanların bir hissəsinin radikallaşması, Pakistan tərəfindən uzun müddət öyrədilən və dəstəklənən separatçıların fəaliyyətini nəzərə alaraq, Hindistan keçmiş təcrübəyə və öyrənilən dərslərə əsaslanaraq, qanunlara tabe olan vətəndaşların təhlükəsizliyini təmin etmək və terror zorakılığının qarşısını almaq üçün Kəşmir Vadisində hərəkət və kommunikasiya ilə bağlı məhdudiyyətlər qoymağı məqsədəuyğun hesab etdi. Bunlar, vəziyyətə nəzarət etdikdən sonra tədricən hakimiyyət tərəfindən aradan qaldırılacaq müvəqqəti tədbirlərdir."
Kanval Sibal bildirir ki, Cammu və Kəşmirdə insan hüquqlarını pozduğuna görə Hindistanı tənqid edənlər, Hindistanın demokratiyasına hörmətsizlik nümayiş etdirirlər, çünki zorakılığın qarşısını almaq üçün istifadə etdiyi vasitələr təhərli və qədərində olub, daxili siyasi müzakirələrə, media yoxlanışına və məhkəmə nəzarətinə açıqdır: "Demokratik ölkələr də özlərini xarici təhdidlərdən müdafiə etməlidirlər, və bəzi tənqidi yanaşanlardan fərqli olaraq, Hindistan xaricdə hərbi müdaxilə etməyib, uğursuz hökumətləri devirmək və bütün cəmiyyətləri sabitləşdirməklə, radikalizmlə mübarizə üçün saysız- hesabsız şəxsləri tərbiyə düşərgələrinə həbs etməklə, azlıqların dini etiqadlarına müdaxilə etməklə və s. milyonlarla insanı dəhşətli səfalətə uğratmayıb.
Dost ölkələr, Pakistanın Hindistana qarşı düşmənçilik kampaniyasını təşviq etməmək və onun şifahi çıxışlarında həddini aşmasını və müharibə isteriyasını dəstəkləməmək üçün diqqətli olmalıdırlar, çünki bu yalnız onların məsələnin həlli yolu kimi tövsiyə olunan ikitərəfli dialoq üçün qapıları bağlaya bilər. Hindistan və Pakistanı bərabərləşdirmək düzgün deyil; dialoqu bərpa etmək yükünü hər iki tərəfə bərabər şəkildə yükləmək kimi. Pakistan terrordan inandırıcı şəkildə və həqiqətən imtina etməyincə Pakistanla dialoqu bərpa etmək mümkün deyil. Beynəlxalq ictimaiyyət Pakistanın terror əlaqələrini sual altına qoymamalıdır.
Hindistanın Cammu və Kəşmirdə konstitusiya dəyişiklikləri ilə əlaqədar Pakistanın yaratdığı gərginliyi dilə gətirənlər, BMT nizamnaməsi, BMT qətnamələri və Simla Sazişi əsasında Kəşmir məsələsinin Hindistan və Pakistan tərəfindən ikitərəfli şəkildə həllinə çağıraraq diplomatik ikimənalı yanaşmadan istifadə etməməlidir. Simla Müqaviləsindəki BMT Nizamnaməsinə edilən iki istinad subkontinentdə davamlı sülhün qorunmasına və bir-birinin ərazi bütövlüyünə qarşı təhdid və ya güc tətbiq etməkdən çəkinməyə aiddir. Hər ikisi də fiziki təcavüz və cihadi terrorizm ilə sülhü pozmaqla Pakistan tərəfindən pozulmuşdur. Simla Sazişi heç bir yerdə Kəşmir məsələsinin BMT Nizamnaməsinə uyğun olaraq həll edilməli olduğunu söyləmir.
Bu, əslində hər iki tərəfi məsələni BMT və ya üçüncü tərəfin hər hansı vasitəçiliyi olmadan ikitərəfli qaydada həll etməyi tapşırmaqla, öhdəlik nəzərdə tutmayan 1948/49-ci il BMT Təhlükəsizlik Şurasının Kəşmirlə əlaqəli nöqsanlı qətnamələrini məsələnin həll yolu olaraq istisna edir. Hər halda, bu qətnamələrin bu gün tətbiq olunması üçün Cammu və Kəşmirdə əvvəlcədən mövcud olan vəziyyətin bərpa olunması, Pakistanın işğal etdiyi Cammu və Kəşmirdən tamamilə çıxması, demoqrafik dəyişikliklərin ləğv olunması və terrorun mövcudluğunun tamamilə arada qaldırılması tələb olunur. Çin Shaksgam Vadisini geri təhvil verməli, Pakistan tərəfindən işğal olunmuş Cammu və Kəşmirdə mülki və hərbi mövcudluğunu tamamilə aradan qaldırmalı və Çin-Pakistan İqtisadi Dəhlizini geri öz vəziyyətinə qaytarmalıdır.
Hindistanı insan hüquqlarına hörmət etməyə və internet və mobil şəbəkələr kimi xidmətlərə çıxışı, eləcə də yerli liderlərlə siyasi əlaqəni bərpa etməyə və ən qısa fürsətdə vəd edilmiş seçkiləri təyin etməyə çağırmaq Hindistanın daxili işlərinə müdaxiləyə bərabər olan çox direktiv bir yanaşmadır. Onlar başa düşməlidirlər ki, bu Cammu və Kəşmirdə Pakistanda elan olunan cihad quruluşlarına şərait yaradır və İmran Xanın Nyu Dehlinin qərarına qarşı çıxmaq üçün Kəşmir məsələsini beynəlmiləlləşdirmək və Kəşmir elementlərini təşviq etməklə bağlı isterik səylərini artırır.
Hindistan suveren və demokratik bir ölkə olaraq, öz xalqı qarşısında məsuliyyətlərini tamamilə dərk edir və BMT Nizamnaməsinin müddəalarına uyğun olaraq daxili işlərinə müdaxiləni qəbul etməyəcəkdir."
Ay An
Olaylar.az