“Doing Buznes” və digər beynəlxalq hesabatlarda ölkəmizin mövqelərinin yaxşılaşması Azərbaycanın müsbət imicini möhkəmləndirir -TƏHLİL-EKSKLÜZİV

“Doing Buznes” və digər beynəlxalq hesabatlarda ölkəmizin mövqelərinin yaxşılaşması Azərbaycanın müsbət imicini möhkəmləndirir-TƏHLİL-EKSKLÜZİV

Azər Badamov: "Belə ölkələrin iqtisadiyyatları daha cəlbedici olur, investorların marağını çəkir"

Azərbaycan uzun illərdir ki. öz müstəqil və düşünülmüş şəkildə həyata keçirdiyi siyasətlə başladığı yola davam deyir, bu yolu əzmlə addımlayır. Düzdür, bu yolda Azərbaycana müəyyən daxili və xarici qüvvələr mane olmağa, onu yolundan döndərməyə çalışırlar. Lakin ortada olan qətiyyətli siyasi iradə bütün maneələri aradan qaldırır, dəf edir. Azərbaycan bütün qarşısında olan maneələri dəf etməklə yanaşı, həmçinin yeni-yeni uğurlara, nailiyyətlərə də imza atır. Bütün sahələrdə qazanılan uğurlar isə öz növbəsində Azərbaycanın beynəlxalq aləmdə, dünyanın nüfuzlu təşkilatlarında mövqelərini möhkəmləndirir. Hər il müxtəlif beynəlxalq təşkilatlıarın hesabatlarında ölkəmizin ön sıralardan birini bölüşdürməsi deyilənlərin əyani sübutudur. Bu günlərdə "Doing Business 2020" hesabatında Azərbaycanın ən islahatçı 20 ölkə sırasına daxil edilməsi də məhz ölkədə həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir. Sözügedən hesabatla bağlı fikirlərini "OLAYLAR"-a bölüşən millət vəkili Azər Badamov deyib ki,  Dünya Bankının açıqladığı Doing Busnes hesabatı ölkənin beynəlxalq imicinin formalaşması baxımından əhəmiyyətli hesabatdır. Onun sözlərinə görə, bu hesabatda ölkələrin tutduğu mövqeni həmin ölkədə biznesin inkişafına dövlətin münasibəti kimi qeyd etmək olar: "Ölkələr çalışır ki, daha çox xarici investisiya cəlb etsin və iqtisadiyatların inkişafına yeni impuls verilsin. Xarici investorlar da bir ölkəyə investisiya yatırmaq istəyəndə beynəlxalq hesabatların göstəricilərinə diqqət yetirir, bir sözlə yüz ölçüb bir biçirlər. Azərbayacan o ölkələrdəndir ki, ölkə daxilində böyük islahatlar aparılır, iqtisadiyyatı şaxələndirir, biznesin inkişafına münbit şərait yaradır və xarici investorları cəlb edir. Ümumiyyətlə, 2015-ci ildən həyata keçirilməyə başlanılan iqtisadi islahatlar ölkəmizi dünyada 190 ölkə arasında ən islahatçı 20 ölkədən biri edib. "Doing Busnes -20202 hesabatında ən islahatçı 20 ölkədən biri kimi dəyərləndirilməyimiz ölkədə biznesin inkişafının asanlaşmasına yaradılmış şəraitlə bağlıdır. Son hesabatda əsas 4 indikatorda daha irəlliləmə qeydə alınıb. Bu sahələr əmlakın qeydiyyata alınması, kreditlərin alınması, minoritar investorların hüquqların qorunması, müqavilələrin icrasının təmin edilməsidir. Düşünürəm ki, cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə aparılan sosial-iqtisadi siyasət gələcək illərdə də beynəlxalq hesabatlarda ölkəmizin mövqelərini daha da möhkəmləndirəcəkdir".

Millət vəkili hesab edir ki, bütün bu nailiyyətlər Azərbaycanda düzgün və məqsədyönlü idarəçiliyin mövcud olduğunu bir daha təsdiqləyir. Azər Badamovun sözlərinə görə, əgər ölkədə düzgün və məqsədyönlü idarəçilik qorulmazsa, heç bir islahat aparmaq mümkün deyil: "Ölkəmizdə aparılan struktur islahatları dövlət idarəetmə strukturlarını daha çevik və məqsədyönlü edib. Xidmətlərin elektronlaşdırılması, sadələşdirilməsi və bir mərkəzdə cəmləşdirilməsi idarəetmənin keyfiyyətini yüksəldib. Biznes strukturu, hər hansı dövlət xidmətə müraciət etmək istəyəndə öz iş yerindən elektron şəkildə müraciətlərin edilməsinə və xidmətlərin alınmasına şərait yaradılıb.. Bu da sahibkar məmur təmasını minimuma endirir və biznes strukturlarına daha qısa bir zamanda  şəffaf şəkildə xidmətlərdən istifadə etmək imkanları qazandırır. Xidmətlərin elektronlaşdırılması və bir mərkəzdən təqdim edilməsinə başlanması həm də vətəndaşların xidmətlərə əl çatanlığını rahatlaşdırıb. Təbii ki, bütün bunlar əhalinuin sosial rifahını yaxşılaşdıran amillərdir". Millət vəkili onu da qeyd edib ki,  Azərbaycan ölkədə islahatların davamlı şəkildə aparılmasına maraqlı ölkədir. Çünki, islahatların dərinləşməsi ölkənin iqtisadi inkişafını sürətləndirir: "Ölkə başçısının rəhbərliyi altında gələcəyə hesablanmış proqramlar qəbul olunub. Bu proqramların uğurlu icrası islahatların daha genişləndirilməsi ilə birbaşa bağlıdır. Ölkə iqtisadiyyatının neftdən asıllığının aradan qaldırılması və qeyri- neft sektorunun uğurlu inkişafına nail olmaq üçün dünyanın ən qabaqcıl ölkələrin təcrübəsini öyrənirik və bütün bunları nəzərə alaraq öz idarəetmə modelimizi qururuq. Bu baxımdan gələcək illərdə də islahatlar aparılacaq və ölkəmizin mövqeyi "Dioing Busnes" hesabatlarında daha irəliyə çxacayıq". Azər Badamov onu da diqqətə çatdırıb ki, "Doing Buznes" və digər beynəlxalq hesabatlarda ölkəmizin mövqelərinin yaxşılaşması Azərbaycanın müsbət imicini möhkəmləndirir: "Təbii ki, dünyada daha rəqabətəqabiliyyətli iqtisadi ölkələrə daha yaxşı yanaşırlar. Belə ölkələrin iqtisadiyyatları daha cəlbedici olur, investorların marağını çəkir. Dünyada xarici investisiyaların cəlb edilməsi üzərində bir mübarizə gedir. Hətta ən inkişaf etmiş iqtisadiyyatları olan ölkələr də investisya cəlb etməkdə maraqlıdırlar. Xarici investisiyalardan kənarda qalan ölkə ümumi inkişafdan geri qalır. Ona görə də belə hesabatlarda möqelərimizin yaxşlaşması ölkəmizə yeni investisiyaların daxil olunmasını şərtləndirəcəkdir".

S.İsmayılbəyli

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31