Virtualdakıların realiti-şouları

Virtualdakıların realiti-şouları

Anar Şahmuradov ,YAP Ağdaş rayon təşkilatının baş məsləhətçisi

Özünü müxalifət adlandıran radikal və destruktiv şəxslərin, başda Əli Kərimli, Sevinc Osmanqızı, Qənimət Zahidov və bir qrup AXCP trolunun virtual aləmdə qaldırmış olduğu tozanağı elə bu düşərgənin öndə gedənlərindən olan Fuad Qəhrəmanlının qızı Selcan Yağmur bircə anın içində yatızdırmış oldu.

Sevinc Osmanqızın, Qənimət Zahidovun saatlarla açdıqları canlı yayımlar, təkrar-təkrar paylaşılan eyni videolar, statuslar 18 yaşlı bir qız tərəfindən yazılan cəmi bir abzaslıq yazı ilə necə də alt-üst oldu. Bu nə iş  idi, bunlar düşdülər?! Selcan bunlar üçün dolu effektli yağmur olub yağdı, qəflətən düşərgəni sel basdı. Əli Kərimli trollara komanda verdi ki, həmin statusda "PROFİL OĞURLANIB" deyə trollayın. Fuad Qəhrəmanlı özü də "idea"dan yararlanıb eyni məzmunda status paylaşdı. AXCP trollarının yaratmağa çalışdıqları bu görüntünü video-açıqlama ilə yalanlayan S. Yağmur Əli Kərimlini çıxılmaz duruma saldı. Kərimli də Selcanın atasını vurub müavinlikdən saldı.

Tozanaq qaldırmaq üçün Əli Kərimli trolları bir neçə istiqamətdə trollamağa məcbur etdi. Belə ki, AXCP trolları Selcanı və anasını təhqir atəşinə, atasını isə QƏHRƏMANLIq etmiş kimi "bəy tərifinə" tutdular. Əli Kərimlinin "Fuad Qəhrəmanlı istefa ərizəsi yazdı, mən də qəbul etdim" cümləsi isə məntiqlə götürəndə tamamilə yalan idi. Fuad Qəhrəmanlı xoşa-xoşluqla istefa vermədi, Əli Kərimli "Selcan olayını" özündən uzaq eləmək üçün Fuadı müavinlikdən uzaq etdi. Fuad Qəhrəmanlı da ailəsini, qızını şiddətə məruz qoyan aqressiyalı biri kimi cəmi bir gün sonra Əli Kərimlidən öz qisasını aldı. Bu dəfə F.Qəhrəmanlı qızı Selcanın Əli Kərimliyə etdiklərinin beş qatını etdi. AXCP-nin trolluq fəaliyyətini ifşa edəcək votsap səsyazısını   açıq intermet resusrslarında yaydı. Atalar deyib, dərd gələndə batmanla gələr. Əli Kərimlinin başı bir qaldan açılmamış, daha bir qal "qalandı". Artıq ortalıqda trolluğu təsdiqləyən danılmaz səs yazısı vardı. Əli Kərimli naəlac malalamaq, don geyindirmək məcburiyyətində qaldı və başladı trolluğa "tərif verib", təhriflər etməyə. Fuadın da cavabını verməyi unutmadılar. Əli Kərimli özümü, yoxsa Fuadın yerinə keçmək istəyən digər birimi məlum səsyazısını yaydılar. Bunlar bir-birilərindən qisas ala-ala, özləri də fərqinə varmadan özlərini necə lazımdırsa ifşa etdilər. Uzun sözün qısası, radikal düşərgə üzvlərinin virtualda göstərdikləri bu realiti-şou bir sıra mətləblərə aydınlıq gətirmiş oldu. Nəticə etibarı ilə artıq hər kəsə məlumdur ki, AXCP trolluq fəaliyyəti ilə məşğuldur, bunu sübut edəcək danılmaz faktlar da var. Ən əsası isə AXCP-də Əli Kərimlinin yan-yörəsinə yığışanlar bəd əməl sahibləridir və şəxsi mənafeləri üçün övladlarını belə təhqir etdirməyə hazırdırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31