Radikal siyasi düşərgə ilə Şeyx Talat Zahranın nə bağlılığı var? ŞƏRH
Radikal siyasi düşərgə ilə Şeyx Talat Zahranın nə bağlılığı var?
27 Sentyabr 2019 15:42 SiyasətZaman-zaman radikal dini qrupların olduğu, onların fürsət düşdükcə din pərdəsi adı altında Azərbaycanda mövcud ictimai-siyasi sabitliyi pozmağa çalışdığı barədə fikirlər səsləndirilir. Düzdür, qeyd edilən mənfi tendensiyanın aradan qaldırılması istiqamətində ölkənin müvafiq strukturları müntəzəm olaraq tədbirlər həyata keçirsə də, lakin hələ də sözügedən təhlükə qalmaqdadır. İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov deyir ki,ölkədə hizbi qrupların hansı fəsadlar törətdiyini bir çoxları bilmir. Onun sözlərinə görə, vaxtı ilə Əbu Bəkr məscidinə də hizbilər, təkfirçilər, xəvariclər bomba atıb partlatdılar və məscidin bağlanmasına səbəb oldular: "Məscidin imamı Qamət Süleymanov Heydər Əliyev dünyasını dəyişəndə, Allah ona rəhmət etsin ona cənazə namazı qıldırdı. O vaxt biz də tələbə idik və praktika üçün həmin məscidə, digər məscidlər kimi gedib gəlirdik. Bu hadisədən sonra mən artıq anladım ki, ölkədə həddən çox radikal müxalifətçi qatı dindarlar yetişir. Bu dindarlar xüsusi ilə hörmət elədiyimiz Məkkədən, Mədinədən də oxuyub gəlir və radikalizmi yayırdılar. Əlbəttə bu bütün Mədinə tələbələrinə aid deyil. Çünki, 2013-cü ildə Həcc ziyarətində olanda gördüm ki, vəziyyət ürəkaçan deyil. Çünki, ölkə rəhbərinə baş qaldıran qruplar məhz oradan yetişib gəlir. Yenə də deyirəm ki, bu hamısına aid deyil. Rəsmi dövlət xətti ilə oxuyub gələnlər radikal deyildilər. Ancaq müəyyən səbəblərdən onlar sonradan müəyyən radikal qüvvələrə qoşuldular və radikal cihad fikirlərini yaymağa başladılar. Misal üçün, Əlixandı, Adildi və.s. bunlar əvvəl normal Əbu Bəkr məscidində xütbə verirdilər. Məhz dövləti dəstəkləmək məsələsi gəldikdə bunlar və digərləri, hansılar ki, siyahıları var və tanınırlar, onlar gizli yolla dövlətə qarşı çıxmağa başladılar. Məscidə gələnlərə gizlin xüsusi qruplarında dərs deyib cihad adı altında Suriyaya, İraqa döyüşlərdə iştiraka səslədilər. Hətta Əlixanın cihada çağırışı barədə gizli səsyazması yayılmışdı. O vaxt dövlət orqanları və biz ilahiyatçılar da bəyanat yaydıq və bunu pislədik. Bundan sonra Əlixan vatsappdan hədə qorxu mesajları yazdı. Polisə müraciət etdim və onu çağırıb sorğu-sual etdilər və hər şeyi boynundan atdı. Daha doğrusu polis idarəsində bildirdi ki, guya mən onu səhv anlamışam və.s. İndi də bu hizbilər, yəni qruplaşmalar, müxalif yönlü radikal dindarlar dinc dayanmır. Məqsəd Əli Kərimliyə kömək edib güclü müxalifət qrup yaradıb hakimiyyətə qarşı insanları qaldırmaqdır. Bu səbəblə bu radikal dini birləşmələr güclü birləşmə, xüsusi ilə sosial baza yaradıb müxalifətə dəstək verərək ölkəmizdə hərc-mərclik yaratmaq istəyirlər. Xüsusi ilə sosial şəbəkələrdə həddən çox aktivlik göstərirlər. Sosial şəbəkələrdə kimliklərini, adlarını, soyadlarını gizlədərək müxtəlif təxəllüs seçirlər və həmin təxəllüsdə dövləti dəstəkləyən insanları şərləyirlər. Çox adam anlamır. Hətta bizim adımızdan belə demədiyimiz fikirləri dediyimiz kimi təqdim edərək saytlarda və çox bəyənmələri olan səhifələrimizdə adımızdan yayırlar. Bizi vurmaq üçün səhifə adminlərinə inandırmağa çalışırlar ki, guya biz hansısa demədiyimiz bir sözü demişik. Məsələn, mənim haqqımda. Guya mən demişəm Yer kürə deyil və fırlanmır. Avam təbəqə adamlar da bu fikirlərə inanıb bizi söyür, təhqir edirlər. Xüsusi ilə bunlar ərəb şeyxlərinə müraciət edirlər". Əkrəm Həsənov onu da diqqətə çatdırıb ki, son günlər Əbu Bəkr məscidinin əvvəllər imamı olan Qamət Süıeymanov dövlətimizin siyasətinin dəsti xəttini apardığı, mərhum Heydər Əliyevə cənazə namazı qəldırdığı, hazırkı ölkə rəhbərinə hörməti olduğu üçün onun haqqında ərəb şeyxlərindən fətva alıb onu vurmağa və fikrinin yanlış olduğunu çevrələrinə çatdırmağa çalışırlar. Məqsəd bazanı böyütmək və narazı kütləni çoxaltmaqdır. Şeyx Talat Zahran adlı bir ərəb şeyxi var və onu müasir islam alimi hesab edirlər. Onu savadlı kimi göstərirlər, özlərinə şeyx bilirlər". İlhaiyyatçı onu da bildirib ki, ölkəmizdə ciddi şəkildə çörəyi dizi üstə olan adamlar var: "Gedirlər başqa ölkələrdə zəhərlənib gəlirlər və zəhərlərini üstümüzə tökürlər, gənclərimizi zəhərləyirlər. Ölkəmizdə dinə görə qardaş qardaşla, qardaş bacı ilə əlaqəni kəsir və beləliklə radikal dini ekstemist qruplar çoxalır. Bunlar toylara, yaslara, xeyirə-şərə gəlmirlər. Özlərini bizdən ayırırlar. Zəhərlənmə sürətlə gedir. Biz təhlükədəyik. Zəhərlənmənin qarşısını kəsməliyik. Böyük uçurumdayıq. Sonra bu radikal dindarlara qoşulanların bir neçə acı sonluğu olur. Ya cihad adı ilə gedib heç özlərinin dərk etmədiyi silahlı birləşməyə qoşulurlar. Cihad adı ilə ya öz çevrəsinə qarşı kinli, düşmən olurlar, qohumluq əlaqlərini kəsirlər, ölkədə kəsilən əti yemirlər, ya da tamamilə dinə nifrət edib içkiyə və.s. qurşanıb həyatlarını təhlükəyə atırlar. Bunu İrana da aid etmək olar. Çünki, İranın radikal dini mollaları də ölkəmizdə gəncləri, ümumiyətlə daha çox zəhərləyiblər".
Füzuli
Olaylar.az