Ermənistanla bağlı ciddi narazılıq yaranıb

Ermənistanla bağlı ciddi narazılıq yaranıb

Ermənistan hakimiyyətinin İsraildə səfirlik açmaq qərarı ciddi narazılığa səbəb olub. Bu barədə "Jamanak" qəzeti yazır.

"Jamanak" qəzeti yazır ki, Ermənistan hakimiyyətinin İsraildə səfirlik açması qərarı Yaxın Şərqdəki erməni icmalarında, xüsusən Livan və Suriya kimi ölkələrdə, habelə İsrail ilə əsl müharibədə olan İran kimi ölkələrdə ciddi narazılığa səbəb olub.
Qəzetin yazdığına görə, bu ölkələrin erməni icmaları İsrail ilə diplomatik münasibətlərin qurulmasının bu ölkələrin hakimiyyət orqanlarının erməni icmalarına münasibətini müsbət istiqamətdə dəyişdirə biləcəyindən narahatdırlar. İndi yerli erməni partiyaları və icma təşkilatları yeni reallığa necə reaksiya verəcəyinə dair görüşlər keçirirlər.

sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31