Əli Əhmədov: “Azərbaycan hərbi qulluqçusunun qətlə yetirilməsinə görə Ermənistan tərəfini qəti şəkildə qınayırıq”
Əli Əhmədov: “Azərbaycan hərbi qulluqçusunun qətlə yetirilməsinə görə Ermənistan tərəfini qəti şəkildə qınayırıq”
26 Sentyabr 2019 11:31 Siyasət"Azərbaycan hərbi qulluqçusunun qətlə yetirilməsinə görə Ermənistan tərəfini qəti şəkildə qınayırıq. Birinci hal deyil ki, iki tərəf arasında danışıqlar ərəfəsində Ermənistan bu və ya digər formada təxribatlar törədir".
Bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov deyib. O bildirib ki, məqsəd danışıqlar prosesinə ziyan vurmaq, ümumiyyətlə danışıqların pozulmasına nail olmaqdır: " Artıq Ermənistan tərəfinin bütün arqumentləri bitibdir. Onlar çalışırlar ki, müxtəlif təxribatlar törətməklə, o cümlədən insanların tələf olması kimi cinayətləri törətməklə danışıqlar pozsunlar. Beləliklə də status-kvonun ömrünü uzatmağa çalışsınlar. Beynəlxalq ictimaiyyət bunu kəskin surətdə tənqid edir. Azərbaycan tərəfi qəti şəkildə dəfələrlə bəyan edib ki, biz münaqişənin dinc yolla həll olunmasının tərəfdarıyıq. Amma bu şərtlə ki, münaqişənin həll olunması üçün Ermənistan tərəfi konstruktiv mövqe nümayiş etdirsin. Əgər onlar belə mövqeni bundan sonra da davam etdirsələr Azərbaycan öz təbii hüququndan istifadə edərək və malik olduğu möhtəşəm gücə arxalanaraq ərazi bütövlüyünü təmin etmək üçün ən təsirli tədbirlərini görəcək". Baş nazirin müavini qeyd edib ki, ATƏT-in Minsk qrupu yumşaq şəkildə desək öz missiyasını həyata keçirmək üçün lazımi fədakarlığı göstərə bilmir.
apa.az