Atəşkəs rejimi 20 dəfə pozulub
Atəşkəs rejimi 20 dəfə pozulub
25 Sentyabr 2019 12:50 Siyasət"OLAYLAR" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Qorqan kəndləri yaxınlığında, həmçinin Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən ordumuzun mövqeləri atəşə tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31