XİN: "Nazirlərin görüşü Azərbaycanlı hərbi qulluqçunun qətlə yetirilməsi ilə yadda qaldı"

XİN:" Nazirlərin görüşü Azərbaycanlı hərbi qulluqçunun qətlə yetirilməsi ilə yadda qaldı"

"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqların hazırkı vəziyyətini müəyyən etmək üçün iki ölkənin Xarici İşlər nazirlərinin Nyu Yorkda baş tutan görüşü, yenidən təmas xəttində Azərbaycanlı hərbi qulluqçunun qətlə yetirilməsi ilə yadda qaldı". Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin yaydığı məlumatda bildirilir ki, Azərbaycan bütün vasitələrlə bu hadisəni izləyəcək və onu törədənlər cəzalandırılacaq. Nazirlərin görüşünə gəldikdə isə, məlumatda bildirilib ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bölgəyə sülh gətirmək və bölgədə beynəlxalq norma və prinsiplərə, qaydalara hörmət edilməsi ilə bağlı səylərini genişləndirməli olduqları anlayışı ilə mövcud danışıqlar üzrə sadəcə fikir mübadiləsi aparıldı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31