Elmar Məmmədyarov BƏƏ-nin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri ilə görüşüb

Elmar Məmmədyarov BƏƏ-nin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri ilə görüşüb

Xarici İşlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində  Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ)  Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri  Şeyx Abdullah Bin Zayed Əl Nəhyan ilə görüşüb. "Olaylar" XİN-ə istinadən xəbər verir ki, nazirlər iki ölkə arasında siyasi əlaqələrin inkişafından məmnunluq ifadə edərək, ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri üzrə və münasibətlərin gələcək inkişaf perspektivlərinə dair fikir mübadiləsi apardılar. Yüksək səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsində oynadığı mühüm rolu vurğulandı. İki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın davam etdirilməsinin önəmi qeyd olundu. Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran regional təhlükəsizlik məsələlərini müzakirə etdilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31