“Əsrin müqaviləsi” Azərbaycan üçün xüsusi bir dönüş nöqtəsi yaratdı

“Əsrin müqaviləsi” Azərbaycan üçün xüsusi bir dönüş nöqtəsi yaratdı

"Sənaye üsulu ilə Dünyada ilk neft çıxaran ölkə Azərbaycan hesab edilir. Dünya üzrə Azərbaycan neftinin bu gün də önəmli bir rolu vardır və inkişaf etməkdədir. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Neftçi peşəsi Azərbaycanda həmişə çox hörmətli peşə olub. Bu gün də belədir, sabah da belə olacaq. Azərbaycan neftçiləri ölkəmizin iqtisadi qüdrətinin artırılması istiqamətində çox böyük işlər görüblər, böyük töhfələr veriblər. Bu gün Azərbaycanın neft-qaz sektoru öz yeni inkişaf dövrünü yaşayır."

25 il keçməsinə baxmayaraq, müqavilə dərin özəlliklərə, xüsusiyyətlərə malikdir".

Bu fikirləri Olaylar.az-a siyasi ekspert Əli Eloğlu Miriyev deyib.

O bildirib ki, "Əsrin müqaviləsi" deyildikdə, bəzən insanların düşüncəsində sadə bir neft kontraktı gəlir: "Kontrakt XX əsrin sonlarında Azərbaycan üçün xüsusi bir dönüş nöqtəsi yaratdı. O dövrün, əsrin müqəddaratını bu kontrakt həll etdi. Azərbaycan o zaman üçün çoxsaylı təhlükələr altında idi. Böyük dövlətlərin nəzəri ölkəmizdə olması məhz təhlükələrin aradan qalxmasına yardım edə bilərdi. Xüsusilə erməni daşnaqların təhlükəsini. Məhz belə də oldu. Əsrin müqaviləsi ilə ölkə daxili və xarici sabitlik yaradıldı. Xarici təhlükələrin qarşısı alındı. Xalq üçün əsas olan sərhəddə, sülh şəraiti yaradıldı. Azərbaycan beynəlxalq mühitə daxil oldu".

O qeyd edib ki, "Əsrin Müqaviləsi"nin iqtisadi məqsədləri də var idi: "Yeni müstəqillik qazanmasına baxmayaraq, heç bir xarici bazara çıxışı olmayan, daxilində investisorların olmadığı ölkə üçün bu böyük mükafat idi. Bu faktorlar ölkənin iqtisadiyyatı üçün öndə gələn amillərdən biri idi. Müqavilə ölkəmizlə 6 ölkənin 10 şirkəti tərəfindən bağlanmışdır. Məhz bununla ölkəmizdə investitorların artmasını açıq aydın görə bilərik. Müasir dövrdə beynəlxalq şirkətlərin ölkəmizə sərmayə yatırması bundan irəli gəlir. Əsrin müqaviləsi ölkəmizdə neft sahəsinə böyük diqqət edilməsini təzahür etdi. Müqavilədən sonrs bir neçə yataqlar istifadəyə verildi, əsası qoyuldu. Və neft hasilatı iki qatına çıxdı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31