“Əsrin konraktının icrası nəticəsində Azərbaycan regionun aparıcı dövlətinə çevrilib” – Şərh

“Əsrin konraktının icrası nəticəsində Azərbaycan regionun aparıcı dövlətinə çevrilib” – Şərh

"Əsrin müqaviləsi ulu öndər Heydər Əliyevin Azərbaycan xalqına göstərdiyi misilsiz xidmətlərin təzahürüdür. Bu müqavilə imzalandıqdan sonra ulu öndər Azərbaycanın dövlət büdcəsini sıfırdan yaratdı. Beynəlxalq arenada Azərbaycanı tanıdan bu kontrakt vasitəsilə ölkəmizə böyük transmilli şirkətlər cəlb edildi. Sırf bu kontraktın dövlətimizə verdiyi güc sayəsində bu gün Azərbaycan regionun aparıcı dövlətinə çevrilib".

Bu fikirləri Olaylar.az-a siyasi ekpert Kənan Paşayev deyib.

O bildirib ki, bu gün Azərbaycan birbaşa Qərbin bir sıra dövlətlərinin, eləcə də Avropanın enerji təhlükəsizliyini təmin etməyə qadir bir ölkədir: "Bununla yanaşı neft strategiyasının qurulması Azərbaycanda ordu quruculuğu, sənayenin və təhsilin inkişafı üçün birbaşa zəmin yaratmışdır. Əsrin müqaviləsinin imzalanmasından 25 il ötməsinə baxmayaraq Azərbaycan xalqı bu önəmli hadisənin xeyrini hələdə görür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31