Trolları Əli Kərimlini ifşa etdilər - Siyasət

Trolları Əli Kərimlini ifşa etdilər- Siyasət

AXCP sədirinin muzdlu mirzələrinin yeni səsyazısı üzə çıxdı

Müasir informasiya və kommunikasiya texnologiyalarının inkişafı bütün sahələrdə olduğu kimi siyasi institutların da fəaliyyətinə təsirsiz ötüşməyib. Hətta bir çox hallarda beynəlxalq güc mərkəzləri bu imkanlardan yararlanaraq ayrı-aryı dövlətlərin daxili içinə müdaxilə edir, hakimiyyətin qeyri-konstitusiyon yolla dəyişdirilməsinə cəhdlər edilir. Azərbaycanda da radikal müxalifət imici qazanan kəsim siyasi mübarizəni sosial şəbəkələrə daşıyıb. Daha doğrusu, sivil siyasi mübarizə metodları artıq öz yerini sosial şəbəkələrdəki "söyüş müxalifəti"nə verib. Məsələ orasındadır ki, sosial şəbəkələrdəki qarayaxma kampaniyası özünü "ana müxalifət" elan edən qurumların "başçıları" tərəfindən idarə olunur. Etiraf edilməlidir ki, müasir şəraitdə sosial şəbəkələr istənilən təşkilat üçün kifayət qədər imkanlar vəd edir. Belə ki, siyasi institutlar sosial şəbəkələr vasitəsilə geniş kütlələrə müraciət etməklə təbliğat və təşviqat işini qura bilər. Ancaq, məqsəd və amal, əqidə yerində olmayanda yaranmış imkanlar siyasi məqsədlər üçün deyil, qisasçılıq, şantaj, böhtan kimi hisslərə yönəldilir. Sirr deyil ki, Azərbaycanın "facebook müxalifəti"  özünün mövcudluğunu yalnız sosial şəbəkələrdə fəaliyyət göstərməklə qorumağa çalışır. Elə bu səbədən də həmin qurumların sosial şəbəkələrdəkə fəaliyyətində heç bir sərhəd gözlənilmir, bütün çirkinliklər otalığa qoyulur. Lakin bu platformanın hər kəs tərəfindən qəbul olunan əhəmiyyəti heç bir siyasi təşkilata yalnız sosial şəbəkələri çirkin niyyətlər üçün  qurmağa əsas vermir. AXCP sədri Əli Kərimlinin fəaliyyəti isə bu mənada xarakterikdir. Artıq illərdir ki, Əli Kərimlinin sosial şəbəkələrdən yalnız qisas, şantaj, böhtan məqsədləri üçün istifadə etdiyi hamıya bəllidir. Acınacaqlı məqam ondan ibarətdir ki, demokratiyadan, insan azadlığından dəəm vuran siyasi qurum bu zaman da təhqir və böhtanı mübarizə forması kimi seçir. Qisasçılıq hissi o həddə çatıb ki, bu şəbəkə məkirli niyyətlərinə nail olmaqdan ötrü nəinki dövləti, iqtidarı, hətta millət, xalqı, ziyalıları belə aşağılamaqdan çəkinmir. Bu günə qədər Əli Kərimlinin sosial şəbəkələrdə saxladığı muzdlu "trol" və "saxta profil" dəstəsi haqqında dəfələrlə yazılıb, hətta ona yaxın adamlar mətbuata açıqlamalarında bununla bağlı maraqlı məlumatlar veriblər. Bu profillərdən Kərimlinin guya böyük ictimai nüfuza və güclü dəstəyə malik siyasətçi olması haqqında rəy formalaşdırmaq üçün istifadə olunur. Lakin əlahəzrət fakt ortadaır və ondan qaçmaq qeyri-mümkündür.

Həmin faktlardan biri də bu günlərdə üzə çıxıb. Belə ki,  AXCP Ali Məclisinin üzvü Rəşid Turabovun Əli Kərimlinin idarə etdiyi "WhatsApp" qapalı trollar qrupuna göndərdiyi səsyazısı Əli Kərimlinin trol şəbəkəsini ifşa edib. AXCP fəalı Rəşid Turabovun səsyazısından bəzi məqamları diqqətə çatdırmaqla sözügedən şəbəkənin əsil simasını, hansı mərama xidmət etdiyini azacıq da olsa içtimaiyyətə təqdim etmiş olarıq: "Çalışmalarımız zəifdir. Bir çox cəbhədaşlarımız var ki, oturub bu qrupda. Əsəblərim artıq partlayır. Kim cəbhəçi ismini daşıya bilmirsə, desin ki, daşıya bilmirəm. Sadəcə protokollarda cəbhəçi adını daşımaqla heç nə əldə edə bilməzsiniz. Zatən, biz monitorinq aparırıq və kimin nə iş gördüyünü bilirik. Uşaq oyuncağı ilə oynamırıq burada. Mən, Ayaz Məhərrəmli, Süleyman, Mahir bəy ora-bura qaçırıq. Amma Vasif Müzəffərovu görmürük. Rahad bəyi ildə-ayda bir dəfə görürük. Digər dostlarımız var ki, onları görmürük. Əgər sizi görmürüksə, siz nə üçün varsınız? İsgəndər bəy deyir ki, mən feministəm, çıxır gedir dənizə. Sən burada cəbhəçi ola bilirsənsə ol, ola bilmirsənsə, get, harada istəyirsən feminist ol. Əgər sizdən bir şey olmayacaqsa, gedim yeni üzvlərə vaxtımı sərf edim, bəlkə onlarla nə isə alındı. Bezdirmisiniz artıq. Mən niyə hər dəfə xəbərdarlıq yazmalıyam. Mən səni Əli bəyin səhifəsində görmürəm. Bəs nə işlə məşğulsunuz? İsgəndər bəy feministdir, gedir jurnalist qızlarla pivə vurur. Çox gözəl, heç olmazsa, gəl, Əli bəyin statusunun altında yaz. Vasif bəy, bəs sən hardasan? Heç olmazsa gəl Əli bəyin statusunun altında yaz, qisasını al. Şüvəlan qrupundan Natiq, Tahir bəyi görmürük. Rəşad, Lütvi bəy sizi də görmürük. Biz sizin də yükünüzü daşımalıyıq?".

Məlumata görə, AXCP-də trolların komandanı, yəni trolbaşı Əli Kərimli özüdür. Köməkçiləri Məmməd İbrahim, İlham Hüseyn və Emil Səlimovdur. Onların da müavinləri var. Rəşid Turabov müavinlərdən biridir. Amma hansı köməkçinin müavini olduğunu müəyyən edə bilmədik. Lakin onu da anladıq ki, trol şəbəkəsinin fəaliyyət strukturu ABŞ Dövlət Departamentindən götürülüb. Heç şübhəsiz ki, istər sosial şəbəkələrin, istərsə də radikal müxalifətin təsiri altında olan xəbər saytlarının şərhlər bölməsində "saxta profil"lərin Əli Kərimlinin ünvanına yazdıqları təriflərlə onun əsl xislətini gizlətmək mümkün deyil. Ən azından radikal düşərgədə "lövbər" salanların özləri Əli Kərimlinin hansı yolu keçdiyini, hansı oyunlardan çıxaraq AXCP-də hakimi-mütləqə çevrildiyini, qondarma "Milli şura"nı hansı manevrlərlə özününküləşdirdiyini yaxşı bilirlər. AXCP sədrinin bütün "karyerası" boyu müxalifətdəki rəqiblərinə badalaq gələrək onları sıradan çıxarmaq üçün hansı "tədbirləri gördüyü" də yaddaşlardan silinməyib. Bu fakt isə bir daha Əli Kərimli və onun əlaltılarının sosial şəbəkə fəaliyyətini ortaya qoymuş olur. Nəticə isə ondan ibarətdir ki,  Əli Kərimli bu gün də müxalif düşərgənin iyrənc siması olmaq missiyasını davam etdirir.

Nurlan

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31