“Son 16 ildə ölkəmiz hərtərəfli inkişaf yolunu uğurla gedir”

"Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu, prinsipal, məqsədyönlü və milli maraqlara söykənən siyasəti nəticəsində son 16 ildə ölkəmiz hərtərəfli inkişaf yolunu uğurla gedir. Xüsusilə cənab İlham Əliyevin sənayeləşmə siyasəti ölkəmiz üçün xüsusi əhəməiyyət kəsb edir".

Bu fikirləri Olaylar.az-a siyasi ekspert Kənan Paşayev deyib.

O bildirib ki, təkcə cari ilin 4 ayında sənayenin qeyri-neft sektorunda 15 faizdən çox artım qeydə alınıb: "Həm sənaye potensialımızı gücləndirən böyük müəssisələr fəaliyyətə başlayır, həm də kiçik və orta müəssisələr işə düşür. Ölkəmizdə çox gözəl biznes mühiti, sərmayə iqlimi var. Belə olmasaydı, xarici şirkətlər, yerli şirkətlər vəsait qoymazdılar. Son 15 ildə Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə 250 milyard dollar sərmayə yatırılıb ki, bunun da nəticəsində ölkə üzrə ümumi daxili məhsul istehsalı 3,3 dəfə, o cümlədən qeyri-neft sektorunda məhsul istehsalı 2,8 dəfə, sənaye potensialımız 2,6 dəfə artıb".

"Keçən il qeyri-neft sənayemiz 9,1 faiz yüksəlib. Bütün bunlar cənab prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətin nəticəsidir", - deyə siyasi ekspert qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31