“Ölkə başçısının həyata keçirdiyi siyasət xalqa xidmət edir”

“Ölkə başçısının həyata keçirdiyi siyasət xalqa xidmət edir”

"Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu və iqtisadi islahatlar nəticəsində ölkəmizdə iqtisadi və siyasi sabitlik möhkəmlənməkdə, iqtisadi inkişaf dinamikası davam etməkdədir. Prezident İlham Əliyevin ölkə əhalisinin sosial rifahınını yüksəldilməsinə dair həyata keçirdiyi işlərin miqyası gündən-günə genişlənir.

Aparılan məqsədyönlü və mükəmməl siyasətin nəticəsində həqiqətən də 2019-cu il Azərbaycan tarixinə sosial islahatlar ili kimi düşəcək. Çünki, cənab prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar əsasında reallaşdırılan böyük sosial tədbirlər paketi bütün kateqoriyalardan olan vətəndaşlarımızın rifah halını yüksəldib".

Bu fikirləri Olaylar.az-a Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

O bildirib ki, bütün atılan addımlar Prezident İlham Əliyevin güclü sosial siyasətinin başlıca hədəfinin əhalinin rifahının təminatı olduğunu, bu siyasətin əsasında vətəndaş amili, sosial ədalət və humanizm prinsiplərinin dayandığını bir daha təsdiq edir:

"Azərbaycan son illərdə sürətlə inkişaf edərək regionun lider dövlətinə çevirilib. Ölkədə həyata keçirilən irimiqyaslı layihələr respublikamızın bütün bölgələrini əhatə edir. Möhtərəm prezidentimizin yürütdüyü daxili və xarici siyasət nəticəsində Azərbaycan ilbəil güclənir, inkişaf edir və beynəlxalq müstəvidə də öz mövqeyini gücləndirir. Artıq bu gün müstəqil dövlətimiz bölgədə söz sahibidir, Azərbaycanın razılığı olmadan regionda hər hansı transmilli layihələr həyata keçirilə bilməz. Bir sözlə, Azərbaycanın Cənubi Qafqaz regionunun lider dövləti olması və Avropanın enerji təhlükəziliyini təmin edilməsində rolunun artması dünyanın nüfuzlu siyasətçiləri tərəfindən də etiraf olunur."

Millət vəkili qeyd edib ki, bütövlükdə ölkəmizdə həyata keçirilən siyasət əhalinin rifah halının yüksəlməsi ilə müşayiət olunur: "İnsanların güzəranı ildən-ildən yaxşılaşır, əməkhaqları, pensiyalar, sosial müavinətlər artırılır. Yəni, ölkə Prezidenti, İlham Əliyevin həyata keçirdiyi siyasət xalqa xidmət edir və bu siyasətin arxasında milli maraqlarımız dayanır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31