Azərbaycan siyasətinin üzqaraları - Siyasət

Azərbaycan siyasətinin üzqaraları - Siyasət

Yaxud övladın atadan imtina etməsinə səbəb olan iyrəncliklər

Azərbaycan siyasətinə satqınlığı, mədəniyyətsizliyi, milli-mənəvi dəyərlərə hörmətsizliyi, xüsusilə də düşmənlə dövlətə, dövlətçiliyə qarşı eyni cərgədə durmaq kimi mənfi tendensiyalar. iyrəncliklər gətirən başda Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli olmaqla radikal siyasi düşərgədən artıq onların yaxın ətrafı belə imtina edir, üz döndərir. Mərkəzdənqaçma, Kərimlidən uzaqlaşma təkcə bu düşərgənin ayrı-ayrı funksionerləri tərəfindən həyata keçirilmir, hətta onların öz yaxınları, qohum-əqrəbaları, lap elə ailə üzvləri tərəfindən icra olunur. Necə ki, bir müddət əvvəl Əli Kərimlinin əmisi oğlu ondan üz döndərib AXCP sədrinin həyata keçirdiyi siyasətə tüpürdü, onu Azərbaycanın düşməni kimi xarakterizə etdi, necə ki, sabiq millət vəkili Gültəkin Hacıbəylinin ailəsi, həyat yoldaşı yalnış yolda olduğundan dolayı keçmiş deputatı yarıyolda qoydu eyni ilə də bu gün oxşar taleni Kərimlinin ətrafında olan iki cüt, bir tək adamlardan olan Fuad Qəhrəmanlı yaşayır. Təsəvvür edin bu artıq sözün bitdiyi andır. Partiya funksionerinin övladı, qızı atasından, daha dəqiq desək Fuad Qəhrəmanlıdan imtina edir. Görün Kərimlinin sağ əli hesah olunan Fuad Qəhrəmanlı nədə günahlandırılır. Həyat yoldaşına, övladına zülm vermək, fiziki güc tətbiq etmək, onları döyməkdə. Hansı ki, həmin Fuad Qəhrəmanlıdır ki, xarici dairələrin sifarişləri əsasında "Məhsul"da bir qrup tərəfdarları ilı toplaşan zaman xalqa əxlaq dərs keçməyə çalışır. Hakimiyyəti əsassıq olaraq, qərəzli şəkildə siyasi müxalifətə qarşı basqılar etməkdə, fiziki işgəncələr verməkdə günahlandırır. Nə qədər absurd, absurd olduğu qədər acınacaqlı, eyni zamanda gülməli deyilmi? Hakimiyyəti fiziki gücdən istifadə etmək, siyasilərə basqılar etməklə günahlandıran AXCP rəsmisi özü ailəsinə, azyaşlı qız övladına qarşı fiziki güc nümayiş etdirir. Və bu acınacaqlı vəziyyət görün hansı həddə çatır ki, övlad öz atasından imtina edir. Hər halda Fuad Qəhrəmanlının qızı Selcanın ötən gün ölkə gündəmini şoka salan açıqlamaları belə deməyə əsas verir. Mətbuata açıqlama verən Fuad Qəhrəmanlının qızı Selcan atasını əsl cinayətkarlar, canilərə xas üslubda təqdim edir. Dəfələrlə döyülmə, barmaqların qırılması, sonsuz şiddət Selcanı bu qərarı vermək zorunda qoyur. Fikir verin, bu qızcığaz nə qədər məşəqqətlər, şiddətlər görüb ki, öz doğma atasından imtina etmək qərarına gəlib.

Burada diqqət çəkən digər bir məqam da Kərimlinin bu cinayətlərə şərik olmasıdır. Konkret bu cinayətdir və bunun başqa adı yoxdur. Deməli, Fuad Qəhrəmanlının qızı Selcanın anlatdıqlarından belə məlum olur ki, ailə bir neçə dəfə boşanma mərhələsinə gəlib. Lakin son anda Fuadı Kərimli xilas edib. Daha doğrusu Əli Kərimlin Fuad Qəhrəmanlının öz həyat yoldaşı, övladı üzərində daha çox fiziki işgəncə tətbiq etməsinə vəsilə olub. Kərimlinin Fuad Qəhrəmanlının həyat yoldaşına "çalış, döz, otur" kimi tövsiyələr verməsi əslində ailənin intiharına yol açan məqamlardan biri kimi də xarakterizə edilə bilər. Nə yaxşı ki, Selcan bu hadisəni, baş verənləri açıqladı və cəmiyyət nələrin baş verdiyinin şahidi oldu. Əks təqdirdə Fuad Qəhrəmanlının şiddət və zülmlərinə dözməyən həyat yoldaşı psixi pozgunluq içərisində çıxış yolu kimi intihara əl ata bilərdi. Selcan bir ailə faciəsini açıb ortaya qoymaqla əslində digər bir faciənin baş verməsinin qarşısını almış oldu. Əslində Selcan bununla Kərimlinin bütün planlarını alt-üst etmiş oldu. Tam əminliklə deyə bilərik ki, Kərimli Fuad Qəhrəmanlının ailəsindəki proseslərin intihar həddinə çatmasında maraqlı olub. Maraqlı olub ona görə ki, bundan bir siyasi şou düzəltsin. Fuad Qəhrəmanlının həyat yoldaşı intihar edəcəyi təqdirdə onu hakimiyyətin basqıları, ailənin sosial durumun ağır olması bəhanələr uydursun. Ən əsası Fuad Qəhrəmanlının ailə faciəsindən belə öz siyasi məqsədləri üçün istifadə edib xaricdən haqq qopara bilsin. Çünki uzun illərdir açıq şəkildə söylənilir və açıq-aşkar faktlarla əksini tapır ki, bu "demokratlar" üçün heç bir dəyər yoxdur, onların aləmində müqəddəs deyilən məfhum yoxdur. Onlar üçün müqəddəs olan erməni lobbisindən pul almaq və o9nların əli ilə hakimiyyətə gəlməkdir.

Məhəmməd

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31