BƏƏ siyasi inkişaf prosesində yeni bir mərhələnin astanasındadır

BƏƏ siyasi inkişaf prosesində yeni bir mərhələnin astanasındadır

"BƏƏ cəmiyyəti Federal Milli Şura seçkilərində iştirakını öz milli vəzifəsi olaraq görür. Federal Milli Şuraya seçkilər Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Zati-aliləri Şeyx Xəlifə bin Zayed Al Nahyan tərəfindən təsdiqlənmiş siyasi güc proqramının birinci mərhələsinin başlanğıcıdır. Bu sayca 2006-cı ildən etibarən keçirilən üçüncü seçki dövrüdür."

Bu fikirləri Olaylar.az -a Birləşmiş Ərəb Əmirlikləri dövlətinin Azərbaycan Respublikasındakı səfiri Əlahəzrət Mohamed Ahmed Alqubaisi açıqlamasında bildirib.

BƏƏ inkişaf prosesinin əsas dayaqlarından biri olan siyasi inkişaf prosesində yeni bir mərhələnin astanasındadır.Buna görə seçki prosesində iştirak etmək BƏƏ cəmiyyətinin BƏƏ-nin ümumi inkişaf səylərinə səmərəli töhfə vermək və övladlarının gələcəyini formalaşdırmaq inamının bariz təcəssümüdür.

Ölkədən kənarda olan vətəndaşlara səs vermək və seçki prosesində iştirak etmək üçün Federal Milli Şurada öz nümayəndələrini seçmək imkanı vermək üçün, Milli Seçki Komissiyası tərəfindən 22 və 23 sentyabr 2019-cu il tarixlərində (bazar və bazar ertəsi), BƏƏ dövlətinin ölkə xaricindəki səfirliklərində, konsulluqlarında və digər diplomatik nümayəndəliklərində 118 seçki mərkəzi qurumuşdur.

Ölkə xaricində səsvermə prosesi ilə əlaqədar əlavə məlumat almaq üçün qeyd olunan linkə daxil olmağınız xahiş olunur: https://www.uaenec.ae/ar/elections-out 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31