Səfir azərbaycanlıların Türkiyədən deportasiyası ilə bağlı açıqlama verdi

Səfir azərbaycanlıların Türkiyədən deportasiyası ilə bağlı açıqlama verdi

Türkiyənin Azərbaycandakı səfirliyi Türkiyədə qeyri-leqal yaşayan Azərbaycan vətəndaşlarının, xüsusəndə Naxçıvan Muxtar Respublikasının vətəndaşlarının kütləvi şəkildə deportasiya olunması ilə bağlı xəbərinə münasibət bildirib.

Olaylar.az bildirir ki, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral dərc edilən məlumatlarla bağlı Türkiyədə araşdırma aparıldığını deyib:

"Bu gün bəzi xəbər saytlarında Türkiyədə qeyri-leqal yaşayan Azərbaycan vətəndaşlarının kütləvi şəkildə deportasiya olunması ilə bağlı xəbər doğru deyil. Türkiyədə yaşayan azərbaycanlıların problemləri ilə bağlı məsələ iki gün əvvəl Bakıda Azərbaycanın Baş naziri Novruz Məmmədov və Türkiyənin Vitse-prezidenti Fuad Oktayın sədrliyi ilə keçirilən Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasında müzakirə olunub və problemlərin həlli üçün lazımi addımların atılması barədə qərar qəbul edilib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31