Paşinyan komandasında çatlar

Paşinyan komandasında çatlar

Daxili işlər naziri də istefa verdi

Ermənistanın daxili işlər naziri Valeri Osipyan da istefa verdi. Osipyan istefa ərizəsini Ermənistanın baş naziri Nikol Paşinyanın sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasından sonra yazıb. Ermənistan KİV-lərinin məlumatlarına görə, güc strukturlarının bütün rəhbərləri istefa verəcək. Sentyabrın 16-da Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanesyan istefa vermişdi. İndi də müdafiə naziri David Tonoyanın istefaya gedəcəyi gözlənilir. Ermənistanda cərəyan edən proseslərə diqqət çəkən Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib ki, artıq Paşinyanın komandasında "yarpaq tökümü" başlayıb: "Onun komanda yoldaşları, "inqilabçı" dostlarının hamısı onu tərk edəcək. Bunun da çox ciddi səbəbləri var. Hazırda Ermənistan hökuməti özünün ən böhranlı anlarını yaşayır. Paşinyanın onu qəfil yaxalamış hökumət böhranından uğurla çıxa biləcəyi isə inandırıcı görünmür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31