Qarabağ erməniləri Paşinyan komandasına inanmırlar

Qarabağ erməniləri Paşinyan komandasına inanmırlar

Ənənəvi olaraq dəyişkən fikirləri ilə gündəm yaradan Ermənistan rəsmiləri indi də bir müddət əvvəl Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi mümkünlüyü barədə sərsəm açıqlamalarından geri çəkilirlər. Hər halda işğalçı ölkənin xarici siyasət idarəsinin rəhbərinin son açıqlaması belə deməyə əsas verir. Elə Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu da özünün ənənəvi mətbuat konfransında bu məsələyə xüsusi diqqət çəkib. O, bildirib ki, rəsmi Yerevan Dağlıq Qarabağın Azərbaycandan kənar ola bilməyəcəyi ilə razılaşdığını etiraf etdi. "Tənzimlənmə prosesi uzun müddət getdiyi üçün nəticədə həll yolu ola biləcək çox saylı parametrlər formalaşıb. Bizim məqsədimiz onları tutuşdurmaq və mütənasiblik əldə etməkdir. Heç bir tərəf maksimalist yanaşmanı rəhbər tuta bilməz". Ermənistanın  xarici işlər naziri Z.Mnasakanyanın Xankəndi / Stepanakertdə olarkən verdiyi bu bəyanatın sensasiya tərəfi ilə yanaşı, onun verildiyi ərazidə kifayət qədər təsirlidir. Erməni tərəfinin maksimal tələbi "Dağlıq QarabağAzərbaycanın tərkibində ola bilməz" ideyasıdır. İndi  Z.Mnasakanyan etiraf edir ki, rəsmi Yerevan "Dağlıq Qarabağ Azərbaycanın tərkibində ola bilməz" ideyasını rəhbər tuta bilməz. Bu kifayət qədər ciddi etirafdır. ATƏT Minsk Qrupu artıq Nikol Paşinyan və Z.Mnasakanyanı da yola gətirdiyinin göstəricisi kimi başa düşülə bilər. Ermənistan Dağlıq Qarabağın müstəqil olmayacağını etiraf edirsə və bununla rahat razılaşıbsa, bu artıq Dağlıq Qarabağ tənzimlənməsinə yanaşmada tamamilə yeni bir keyfiyyət mərhələsi yaradır. Əgər ermənilərin məqsədi Azərbaycana ağrı yaratmaqdısa bu, ayrı məsələdir; Dağlıq Qarabağın statusunun müəyyən olunması uzun müddət asılı vəziyyətdə qalacaq və ermənilər məhz Azərbaycandan kənarda qalması mümkün olmayan Dağlıq Qarabağın Azərbaycana qayıda bilməməsindən ləzzət alacaqlar.  Xəstə təfəkkürlü adamlar Ermənistanda çoxdur. Yox, əgər həqiqətən Ermənistan regional əməkdaşlığa can atırsa, Azərbaycanla münasibətləri normallaşdırmaq istəyirsə bu artıq tamamilə yeni bir keyfiyyət fazasıdır. Bu halda Ermənistan başa düşməlidir ki, Dağlıq Qarabağ müstəqil ola bilmirsə, Ermənistana birləşdirə bilmirsə, Ermənistanın Azərbaycanla tam səmimi əməkdaşlığına imkan verən tənzimlənmə variantına getməlidir. Bu artıq indiki reallıqda ermənilərin kimliyini ortalığa qoyacaq məsələdir. Azərbaycan hadisələrin belə gedişinə hazırdır. Ermənistanla iqtisadi əməkdaşlıq təkcə Ermənistan üçün deyil, Azərbaycanın özü üçün də çox faydalıdır. Biz investisiyamızı qoymağa əlavə bir ərazi əldə etmiş olacağıq. Ermənistan isə özü üçün hal-hazırda həyati əhəmiyyətə malik investisiyanı əldə etmiş olacaq. Beləliklə regionda sabitlik və çiçəklənməklə yeni stimul əldə edəcəkdir".

Mərkəz rəhbəri deyib ki, Paşinyan hökumətinin bu yanaşmadan geri çəkilmək imkanı yoxdur. Onun sözlərinə görə, Paşinyan komandası onu yubada bilər:  "Tezləşdirsə ölkənin qarşısında duran problemlərin həllində əlavə dəstək əldə edəedəcəkdir.  Hazırda bəzi məsələlər Ermənistanda Qarabağ problemindən daha təhlükəlidir. Dağlıq Qarabağ erməniləri ilə Ermənistan arasında yalnız bir məsələdə mövqe üst-üstə düşür. Qondarma qurumun xarici işlər naziri Masis Mailyan Ermənistanla yalnız

Dağlıq Qarabağ danışıqlar stoluna cəlb olunması ilə bağlı mövqeyinin üst-üstə düşdüyünü bildirdi. M.Mailyan danışığını bilən adamdır, özü və bir qrup erməni onu diplomat hesab edir. İstifadə etdiyi bu ifadənin müəyyən çəkisi var. Ermənistanın xarici işlər naziri Z.Mnasakanyan isə Ermənistanla Dağlıq Qarabağ arasında ciddi fikir ayrılığının olmadığını bildirdi.  Z.Mnasakanyan M.Mailyanla birlikdə Xankəndi/Stepanakertdə keçirdiyi mətbuat konfransında tənzimlənmə üzrə danışıqların aparıldığı müddət ərzində çoxlu parametrlərin toplandığını və bu parametrlərin indi hal-hazırda tutuşdurularaq orta məxrəcə gətirilməsi işinin aparıldığını bildirdi". Mübariz Əhmədoğlu deyib ki,  ATƏT Minsk Qrupu həmsədrləri tənzimlənmə stolunda olan variant barədə bir neçə dəfə rəsmi məlumat yayıblar: "Bu, ATƏT Minsk Qqrupu həmsədr ölkə prezidentlərinin 2009-cu il İtaliyanın Akvil şəhərində G-8 sammiti zamanı qəbul etdikləri  "Madrid Prinsipləri"nin yenilənmiş variantı və yaxud "Yenilənmiş Madrid Prinsipləri"dir. "Yenilənmiş Madrid Prinsipləri"nə görə regionda heç bir yeni dövlət yaranmır, bu sənəd üzrə tənzimlənmə prosesi baş verdikdən sonra regionda iqtisadi inkişafa şərait yaranır, regional təhlükəsizlikvə sabitlik daha da güclənir. Bu sənədin birinci maddəsinə görə Dağlıq Qarabağ ətrafındakı bütün ərazilər Azərbaycana qaytarılmalıdır. Bu sənədi dünya erməniləri qəbul etmirlər. Yalnız rəsmiYerevan qəbul edir. Masis Mailyan bir daha Dağlıq Qarabağın həmin sənədi qəbul etməmək mövqeyini təsdiq etdi. Ermənistanla Dağlıq Qarabağın arasındakı fikir ayrılıqları indi daha kəskin şəkildə üzdədir. Çünki Dağlıq Qarabağ erməniləri Paşinyanın komandasına inanmırlar. N.Paşinyana qədər isə Yerevanda Qarabağ klanı hakimiyyətdə idi. Dağlıq Qarabağın nəyə inanıb-inanmaması və yaxud Dağlıq Qarabağla Ermənistan arasındakı fikir ayrılıqlarının 50 maddə və yaxud 100 maddədən ibarət olması məsələnin mahiyyətini dəyişmir. Ermənistanın özünün Dağlıq Qarabağ tənzimlənməsində tərəf statusunu itirmək ehtimalı daha böyükdür, nəinki Dağlıq Qarabağ ermənilərinin danışıqlar prosesinə tərəf kimi qoşulması. Dağlıq Qarabağ erməniləri danışıqlar prosesinə tərəf  kimi qoşula bilərlər.Bunun qaydası var: Hökmən Dağlıq Qarabağ azərbaycanlıları da danışıqlar prosesinə tərəf kimi qoşulmalıdır".

Füzuli

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31