Erməni xalqını aldatmağın növbəti yolu - Problem
Erməni xalqını aldatmağın növbəti yolu- Problem
18 Sentyabr 2019 17:12 SiyasətYaxud sadə ermənilər Paşinyanın 2050 vədini gözləməli olacaqlar
Ermənistanın inqilabçı hökuməti getdikcə artan narazılıqlar və hakimiyyət daxilində meydana gələn çatları önləmək üçün adekvat addımlar atmağı düşünsə də, lakin mövcud imkanlar və perspektivlər Paşinyanın, ümumilikdə Ermənistanın hakimiyyətinin istək və arzuları ilə tərs mütənasiblik təşkil edir. Söhbət baş nazir Nikol Paşinyanın elan etdiyi Ermənistan 2050 - Strateji İnkişaf Sənədindən gedir. Adından da göründüyü kimi, sənəd işğalçı ölkənin 2050-ci ilə qədər inkişafını özündə ehtiva edir. Öncəliklə onu qeyd etmək yerinə düşər ki, əslində bu sənədlə Paşinyan hökuməti, eləcə də inqilabçı baş nazir özü Sərkisyan hakimiyyətini devirərkən xalq verdiyi vədləri yerinə yetirə bilmədiyini təsdiqləyir. Çünki Paşinyan inqilab yolu ilə Sərkisyanı hakimiyyətdən salarkən bəyan etmişdi ki, yaxın 2 ildə Ermənistan iqtisadiyyatı nəzərə çarpacaq dərəcədə inkişaf edəcək, ölkədə işsizlik və yoxsulluğun səviyyəsi aşağı düşəcək. Artıq iki yaxındır ki, Nikol Paşinyan Ermənistanda hakimiyyətdədir. Lakin bu iki il müddətində Ermənistan iqtisadiyyatı nəinki inkişaf edib, əksinə əvvəlki illərdən fərqli olataq bir qədər geriləyib. İki ilə yaxındır ki, Paşinyanın şirin vədləri ilə yaşayan sadə erməni xalqı xoş gün-güzaran əvəzinə daha da yoxsullaşır, iflic vəziyyətinə düşür. Ölkədə işsizlik səviyyəsi isə getdikcə son 10 ilin rekord səviyyəsinə çatır. Bütün bunlar təbii ki, Nikol Paşinyanın səriştəsiz idarəçilyi və bacarıqsızlığı, eyni zamanda qisas hissindən irəli gəlir. Belə ki, sabiq prezidentlər Serj Sərkisyan və Robert Köçəryana, onların yaxın ailəsi, qohum-əqrəbalarına məxsus bütün şirkət və firmaları, iri ticarət mərkəzlərinin fəaliyyətinə xitam verən Paşinyan nə qədər də qəribə olsa, dərk edə bilmədi ki, hər hansı xırda bir müəssisənin belə bağlanması onlarla ailənin işsiz qalması, yüzlərlə insanın isə sosial durumun ağırlaşması deməkdir. Nəticə də artıq göz qabağındadır və erməni xalqı Nikol Paşinyanın qisasçılıq hissi və bacarıqsızlığının bədəlini ödəyir.
Yuxarıda qeyd etdiyimiz kimi, Paşinyanın elan etdiyi Ermənistan 2050 - Strateji İnkişaf Sənədi inqilabçı baş nazirinin özü özünün təkzibidir. Bir daha qeyd etmək yerinə düşər ki, Paşinyan hakimiyyəti zəbt edərkən qısa müddətdə, 1-2 il ərzində ölkə iqtisadiyyatının inkişaf edəcəyi vədini vermişdi. İndi bu inkişafın 2050-ci ilə hədəflənməsi, onu deməyə əsas verir ki, Ermənistanın yaxın 5-10 ildə belə heç bir inkişaf perspektivi yoxdur. Əksinə ölkə getdikcə daha da geriləyir, inkişafdan geri qalır, müasir dünya ilə ayaqlaşa bilmir. Nikol Paşinyanın daxili siyasət kimi xarici siyasətdə də naşılığı İrəvanın Moskva kimi yaxın müttəfiqlə münasibətlərinin sərinləşməsinə səbəb olub. Həmçinin Paşinyan hakimiyyətinin ya Rusiya, ya da Qərb seçimi qarşısında qalması, tərəflər arasında seçim edərkən cəsarət nümayiş etdirib konkret mövqe ortata qoya bilməməsi də, Ermənistan iqtisadiyyatına bu və ya digər dərəcədə mənfi təsir göstərən amillərdəndir. Rusiyameyilli siyasilərin Paşinyan tərəfindən zərərsizləşdirilməsi Rusiya sərmayələrinin müəyyən qisminin Ermənistandan geri çıxarılmasına gətirib çıxardı ki, bu da işğalçı ölkə iqtisadiyyatına mənfi təsir göstərən amillərdən sayılır. Ona görə də Nikol Paşinyan hakimiyyəti zəbt edərkən xalaq verdiyi xoş vədlər, iqtisadi inkişaf, yaxşı yaşayış səcvyyəsi, işsizlik və digər tədbirlərin heç birini reallaşdıra bilmir. Ona görə də yenidən xalqı aldatmaq, onda mənasız ümid yaratmaq niyyətinə düşüb. Yuxarıda adını qeyd etdiyimiz sənəd də məhz buna hesabıanıb.
Ancaq qeyd etdiyimi kimi mövcud imkanlar və irəlidə heç bir perspektivin olmaması Paşinyanın 2050-ci illə bağlı arzuladıqlarının heç bir halda reallaşmayacağını söyləməyə əsas verir. Getdikcə dərinləşən iqtisadi böhran və sosial həyat tərzi ölkədə işsizliyin səviyyəsinin artmasına gətirib çıxarır. Müstəqilliyin ilk illərin tək rəqəmli işsizlik səviyyəsi, sonrakı dövr ərzində artaraq 2018-ci ildə 17,71 faiz olub. Qeyd edək ki, bu hələ rəsmi rəqəmlərdir. Qeyri-rəsmi rəqəmlərdə isə Ermənistanda işsizliyin səviyyəsi daha üstün göstərilir. Təxminən 25-30 faizdən artıq. Məlumat üçün qeyd edək ki. 2016-cı ildə ölkə parlamentində qeyri-rəsmi işsizlik səviyyəsinin 35 faiz olduğunu və 1 milyondan artıq vətəndaşın yoxsulluq səviyyəsindən aşağı şəraitdə yaşadığı bildirilib. Həmçinin Ermənistanda rəsmi statistikaya əsasən, əhalinin 4/1-i yoxsulluq səviyyəsindən aşağı vəziyyətdə yaşamaqdadır. Bu səbəbdən ölkəni tərk edənlərin sürətlə çoxaldığı bildirilir.
Bütün bu problemləri həll etmək üçünsə Ermənistanın heç bir daxili imkanları və iqtisadi resursları yoxdur. Yalnız hansısa regional və qlobal əhəmiyyətli layihələırə qoşulmaqla Ermənistan bunu reallaşdıra bilər ki, indiki halda da İrəvanın işğalçılıq siyasəti buna imkan vermir. Azərbaycan ərazilərini işğal etməsi səbəbindən regional layihələrdən təcrid olunan Ermənistan işğalçılıq siyasətinə son qoymayana qədər hansısa inkişafa nail ola bilməyəcək. Hətta dünyanın iqtisadi ekspertləri səviyyəsində platforma, iqtisadi inkişaf strategiyası və s. hazırlasa belə.
Məhəmməd
Olaylar.az