Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyi ilə Pontifik Şərq İnstitutu arasında memorandum imzalanıb
Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyi ilə Pontifik Şərq İnstitutu arasında memorandum imzalanıb
18 Sentyabr 2019 15:08 SiyasətXarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) ilə Pontifik Şərq İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb. Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, sənəd nazir Elmar Məmmədyarovun Müqəddəs Tax-Taca səfəri zamanı bu ölkənin Pontifik Şərq İnstitutunun rektoru David Nazar ilə görüşündə imzalanıb. Görüş zamanı rektor David Nazar təmsil etdiyi institutun yaranma tarixi və fəaliyyəti haqqında məlumat verib. Daha sonra D.Nazar institutun Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu qeyd edərək, bu əməkdaşlığın Azərbaycan ilə Vatikan arasında mövcud olan əlaqələrin inkişaf etdirilməsinə xidmət edəcəyini vurğulayıb. Elmar Məmmədyarov ölkəmizin sözügedən institutla əməkdaşlıq etməyə hazır olduğunu deyib. Nazir qarşı tərəfə Heydər Əliyev Fondu tərəfindən Vatikanda həyata keçirilmiş layihələr haqqında məlumat verib.