Deputatlarımız beynəlxalq tədbirə qatılacaqlar

Deputatlarımız beynəlxalq tədbirə qatılacaqlar

Sentyabrın 16-da Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Kamran Bayramov Silahlı Qüvvələr Üzərində Demokratik Nəzarət üzrə Cenevrə Mərkəzinin tədbirinə qatılmaq üçün İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə səfərə yola düşəcəklər. MM-dən "Olaylar"a verilən məlumata görə, deputatlarımız "Şərqi Avropa və Orta Asiya təhlükəsizlik sektoruna parlament nəzarəti" mövzusuna həsr olunmuş seminarda iştirak edəcək, fikir mübadiləsində ölkəmizin maraqları mövqeyindən münasibət bildirəcəklər. Səfər sentyabrın 19-da başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31