İndoneziya ilə idman sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

İndoneziya ilə idman sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

İndoneziya idman nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Milli Olimpiya Komitəsinin nümayəndələri ilə görüş keçirilib. "OLAYLAR"-a MOK-un mətbuat xidmətindən bildirilib ki,  səfər İndoneziya Respublikasının Gənclər və İdman Nazirliyinin Sənaye və İdmanın Təşviqi şöbəsinin direktorunun rəhbərliyi ilə həyata keçirilir. Nümayəndə heyəti "Pencak Silat: Olimpiadaya gedən yol" mövzusunda kampaniyaya əsaslanır.

Görüş çərçivəsində qurumlar arasında əlaqələrin genişləndirilməsi və bu istiqamətdə görüləcək işlər, Pencak Silat idman növünün Azərbaycanda inkişafı və yarışların təşkili, o cümlədən bir sıra məsələlər müzakirə edilib. Sonda qurumlarının nümayəndələri xatirə hədiyyələrini təqdim ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31