XİN: "Azərbaycan Krımda keçirilən hər hansı “seçkilər”i tanımır"
XİN: "Azərbaycan Krımda keçirilən hər hansı “seçkilər”i tanımır"
12 Sentyabr 2019 17:44 SiyasətAzərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva Krım yarımadasında keçirilmiş qondarma "yerli seçkilər"i şərh edib.
Nazirlikdən Olaylar.az-a verilən məlumata görə, şərhdə deyilir:
"Azərbaycan Xarici İşlər Nazirliyi Ukraynanın Konstitusiyasında təsbit olunduğu kimi, bu ölkənin beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir. Buna görə də, Azərbaycan Respublikası Ukrayna Hökumətinin razılığı olmadan keçirilən hər hansı "seçkilər"i tanımır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31