Ermənilərin apardığı təbliğatlara qarşı tədbirlər görməliyik
Ermənilərin apardığı təbliğatlara qarşı tədbirlər görməliyik
5 Sentyabr 2019 15:52 Siyasətİspaniyada yaşayan ermənilər Barselona şəhərində qondarma rejim olan "Dağlıq Qarabağ Reespublikasında'' keçirilen ilk referendumun 28 iliyini qeyd ediblər. "OLAYLAR" xəbər verir ki, belə bir açıqlama ilə İspaniya Azərbaycanlıları Birliyinin təsisçisi, İspaniya Azərbaycan Ticarət və Mədəniyyət Assosiasiyası (ACAE) direktorlar Şurasının üzvü Vahid İmanov çıxış edib. O, bildirib ki, tədbir Barselonadakı Erməni Mədəniyyət Assosiasiyası (Asociación Cultural Armenia de Barcelona) tərəfindən təşkil olunub. bunu qeyd eden teskilat da ACAB (Asociación Cultural Armenia de Barcelona) . Vahid İmanov ermənilərin Barselonada keçirdikləri tədbirə səssiz qaldıqlarını da təəssüf hissi ilə qeyd edib: "Bizlər buna qarşı nə etdik? Sadəcə kənardan baxdıq. Nə üçün? Çünki bizlər hələ də şəxsi mənafeyi Vətəndən, torpaqdan üstün tuturuq".
Vahid İmanov onu da qeyd edib ki, son vaxtlar hər kəs diaspora sahəsində görülən işlərdən danışır, hardasa olmayanı təbliğ etməyə üstünlük verir: "Axı niyə? Gəlin bir anlıq düşünək. Düşmənlərimiz bunu etmir axı. Onlar güclü təbliğat aparırlar. Bəs bizlər nə edirik? Yalandan olmayan şox seyləri bəzəyib-düzəyib ictimaiyyətə sırımağa çalışırıq. Gəlin biraz realist olaq ,realliqlardan danısaq. Zaman itirə-itirə gedirik. Buna görə də sonda keşkə deməmək üçün hər birimiz əlimizdən gələni etməliyik. Mənfur ermənilərin apardığı təbliğatlara qarşı tədbirlər görməliyik .Vətənini, torpağını, millətini sevən hər bir insanı bu işdə görmək istəyirəm. Gəlin birlikdə olaq. Yoxsa sabah Vətən qarşısında bu dünyadan gözü kölgəli köçəcəyik".