Prezident onlara general rütbəsi verdi- Sərəncam
16 Avqust 2019 16:21 SiyasətPrezident İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında" sərəncam imzalayıb.
Olaylar.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:
"general-leytenant" hərbi rütbəsi
general-mayor Abbas Sultan oğlu Xəlilova
general-mayor Ehram Arif oğlu Hacıyevə
"general-mayor" hərbi rütbəsi
polkovnik Ramin Sabir oğlu Bağırova
"kontr-admiral" hərbi rütbəsi
1-ci dərəcəli kapitan Abbas Hüseyn oğlu Qiyasova
1-ci dərəcəli kapitan Ziyad Balakərim oğlu Ağayevə
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31