Azərbaycan inkişaf etmiş sosial dövlət çevrilib -ŞƏRH

Azərbaycan inkişaf etmiş sosial dövlət çevrilib

İnkişafımız təhlükəsizliyimizin təminatı deməkdir

2018-ci ilin 11 aprel seçkilərindən sonra Azərbaycanda bütün sahələrdə güclü inkişaf getməkdə, islahatlar prososesi daha da dərinləşməkdə və genişlənnməkdə davam edir. Ölkəmizin maliyyə imkanlarının güclənməsi regionların sosial-iqtisadi inkişafına, eləcə də insanların sosial rifah halının daha da yaxşılaşdırılmasına səbəb olub. Dövlət başçısının dəfələrlə bəyan etdiyi kimi, ölkədə həyata keçirilən siyasətin mərkəzində, məhz Azərbaycan vətəndaşları, onların maraqları dayanır. Cari ilin ilk aylarından başlayaraq, davamlı olaraq, islahatların həyata keçirilməsi vətəndaşların rifahının daha da yüksəldilməsinin, qayğıya ehtiyacı olan insanların sosial müdafiəsinin gücləndirilməsinin daim dövlətin diqqət mərkəzində olduğunun əyani göstəricisidir. Birmənalı şəkildə qeyd etmək olar ki, prezident İlham Əliyev tərəfindən Azərbaycanın inkişaf etmiş sosial dövlətə çevrilməsi vəzifəsi qarşıya qoyulub. Bu yöndə ardıcıl olaraq tədbirlər həyata keçirilir. Xatırladaq ki, 2004-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları icra olunur və hazırda bu proqramların dördüncü mərhələsi həyata keçirilir. Dövlət proqramlarında qarşıya qoyulan məqsədlərin hamısı demək olar ki, yerinə yetirilir. Bu gün Azərbaycanın abadlaşmayan və sosial simasını dəyişməyən bölgəsi yoxdur. Baim yeni tikinti, sosial, mədəni və digər obyektlərin təməlinin qoyulmasının və ya açılışının şahidi oluruq. Dövlət başçısının həyata keçirdiyi sosial siyasətin müsbət nəticələrini təkcə əhalinin həssas qrupu deyill, bütövlükdə hər bir ölkə vətəndaşı hiss etməkdədir. Təkcə bir faktı xatırlamaq yerinə düşərdi ki, ölkə başçısının sosial siyasətinin mahiyyəti aydın şəkildə dərk olunsun. Belə ki, pensiyaların tam avtomatlaşdırılması məqsədilə 2006-cı ilin 1 yanvar tarixindən əvvəlki dövrə 25 il sığorta stajını avtomatik olaraq hamı üçün hesablanacaq. Bununla şəxsin pensiya yaşı tamam olduqda onun telefonuna SMS vasitəsilə məlumat göndəriləcək. Eyni zmanda, 2019-cu ildə həyata keçiriləcək büdcə-vergi siyasəti nəticəsində məcburi dövlət sosial sığorta haqları üzrə yükün işəgötürən və işçi üzərinə düşən nisbətləri tənzimlənəcək. Xatırladaq ki, hazırda ölkədə sosial müdafiə sistemi vasitəsilə 1 milyon 309 min nəfər əmək pensiyası, 509 min nəfər müxtəlif müavinətlər, 64 min nəfər Azərbaycan Prezidentinin təqaüdlərini, 50.2 min ailənin 200 mindən yuxarı üzvü isə sosial yardım alır. Onlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hər ay 340 milyon manatdan çox vəsait ödənilir. Pensiya və müavinəti sosial yardım formasında ödənişlərlə təmin olunan 2.1 milyona yaxın insanı və ya ölkə əhalisinin təqribən 21 faizini əhatə edən sosial təminat sisteminin gücləndirilməsi və onun uzunmüddətli inkişafı üçün korrupsiya, süründürməçilik hallarından uzaq, tam şəffaf və sosial ədalət prinsipini təcəssüm etdirən və vətəndaş məmnunluğuna səbəb olan sosial təminat sisteminin qurulması həyata keçirilən islahatlar paketinin əsas hədəfini təşkil edir. Məhz bu səbədən insanların fəallığı, təşəbbüskarlığı, görülən işlərə, islahatlar prosesinə dəstəyi artmaqdadır. Millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, dünyada baş verən hadisələrin bir-birini sürətlə əvəzlədiyi, qlobal kataklizmlərin, riqslərin, təhdidlərin davam etdiyi və daha da təhlükəli hal aldığı şəraitdə iqtidar-xalq vəhdətinin olması çox mühüm şərtlərdəndir. Ölkənin milli, siyasi, iqtisadi təhlükəsizliyini, inkişafını təşkil və təmin edən başlıca faktorlardandır. Məhz iqtidar-xalq vəhdətinin nəticəsidir ki, Azərbaycan dünyada yaşanan və daha da amansız xarakter alan hasidələrdən, qarşıdurmalardam özünü sığortalamaqda, onlardan zərərsiz ötüşməkdə və gələcək inkişafına doğru daha iri, daha inamlı addımlarla irəliməməkdədir. Heç təsadüfi deyil ki, Azərbaycan dünyanın, xüsusilə, barıt çəlləyinə, qaynar qazana bənzəyən çoğrafiyamızın təhlükəsizlik və sabitlik adasına, dünyanın siyasi, iqtisadi, hərbi, humanitar dialoq məkanına, milli və dini tolerantlıq mərkəzinə çevrilib: "Dünyanın ən vacib və ən mühüm taleyüklü məsələləri, nüfuzlu idman yarışları Azərbaycanda keçirilməkdə və  ölkəmiz həmin təbdirlərə, yarışlara layiqncə ev sahibliyi funksiyasını yerinə yetirməkdədir. Qarşıdan dünyanın BMT-dən sonra ikinci ən böyük qurumu olan Qoşulmama Hərəkətanın növbəti Zirvə toplantısı gəlir ki, ölkəmiz payızda ona ev sahibliyi edəcək. Bu, Azərbaycana olan etimadın, güvənin göstəricisidir. Dediyim kimi, bunlar da iqtidar-xalq birliyinin daha da sarsılmazlığı, insanlarımızın, vətəndaşlarımızın 1993-ci ilin iyunundan, o cümlədən, 2003-cü ilin oktyabrından-ölkə prezidenti İlham Əliyevin hakimiyyət estafetini davam etdirməsindən, xüsusilə, ötən ilin 11 aprel seçkilərindən sonra hər bir sahədə islahatlar prosesinin daha da sürətləndirilməsindən və geniş vüsət almasından sonra yürüdülən siyasətə, həyata keçirilən ölçüyəgəlməz işlərə açıq şəkildə dəstək verməsinin, siyasi, ictimai, sosial, iqtisadi fəallığının artması nəticəsində baş verməkdədir". Onun sözlərinə görə, vətəndaşlarımız ölkə prezidenti tərəfindən həyata keçirilən məqsədyönlü və düşünülmüş siyasi-iqtisadi kursu qiymətləndirir, öz açıq və birmənalı münasibətini, dəstəyini ifadə edir: "Bu, olduqca müsbət meyl və tendensiyadır. Bu,  həm də inkişafımızın və təhlükəsizliyimizin rəhni, təminatı deməkdir. Bununla yanaşı, insanlarımızın, vətəndaşlarımızın daha da da fəallaşdırılması, proseslərə daha aktiv şəkilədə cəlb edilməsi və qoşulması gərəkdir. Bu tendensiya, bu meyl daha da gücləndirilməli, sürətləndirilməlidir. İnsanlarımız özləri daha fəal və daha təşəbbüskar olmalıdırlar, hər şeyi dövlət, dövlət qurumlarından gözləməməlidirlər".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31