Putin Mehriban Əliyevanı “Dostluq” ordeni ilə təltif etdi
13 Avqust 2019 14:22 SiyasətRusiya prezidenti Vladimir Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı "Dostluq" ordeni ilə təltif edib.
"RİA Novosti" xəbər verir ki, bu barədə prezidentin rəsmi internet saytında məlumat yerləşdirilib.
Birinci vitse-prezident bu mükafata Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsi və gücləndirilməsində göstərdiyi xidmətlərə görə layiq görülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31