Ölkəmizdəki sabitliyin əsas səbəbkarı Azərbaycan polisidir
10 Avqust 2019 14:29 SiyasətRadikal müxalifət üzvləri Azərbaycan polisi haqqında heç bir əsası olmayan qərəzli fikirlər səsləndirməklə özlərinə xas olan xəyanətkar mövqelərini bir daha sübut edirlər. Görünən odur ki, son zamanlarda daxili işlər orqanlarında aparılan uğurlu kadr islahatları onları dərindən narahat edib və bu islahatları pərdələmək, əhali arasında polisə inamsızlıq yaratmaq üçün bu cür iyrənc qarayaxma kompaniyası aparırlar.
Bu fikirləri Olaylar.az-a siyasi ekspert Kənan Paşayev deyib.
O bidirib ki, bu gün ölkəmizdəki sabitliyin əsas səbəbkarı Azərbaycan polisidir: "Əgər Azərbaycan vətəndaşı bu gün küçələrdə, parklarda, müxtəlif əyləncə zonalarında sərbəst şəkildə dostu, tanışı, ailəsi və sevdikləri ilə birlikdə gəzib, xoş vaxt keçirə bilirsə bunun səbəbkarı ölkə polisidir. Radikal müxalifətin bu cür əsassız ittihamlarla ölkə polisini pisləməsi qəbul edilməzdir. Xatırlayaq ki, yaxın zamanlarda radikal müxalifət rəhbərlərindən biri ağır cinayətlər törətmiş şəxslər üçün aksiya cəhdi etmişdir. Bütün bu əməllər radikal müxalifət dairəsinin iç üzünü bir daha ortaya qoyur".