“Səhra mətbəxi” müsabiqəsi davam edir

“Səhra mətbəxi” müsabiqəsi davam edir

"Beynəlxalq Ordu Oyunları - 2019" yarışları çərçivəsində Moskvanın Alabino poliqonunda keçirilən "Səhra mətbəxi" müsabiqəsində Azərbaycanın hərbi aşpazlarının iştirakı davam edir.

"OLAYLAR" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki,  müsabiqənin mərhələlərində hərbi aşpazlar müxtəlif çeşidli milli yeməklərin hazırlanması üzrə məharətlərini nümayiş etdirir, həmçinin qonaqların marağına səbəb olacaq təamların hazırlanması üzrə "usta dərsləri"  də keçirirlər.

"Səhra mətbəxi" müsabiqəsinin hakimləri hərbi aşpazlar tərəfindən hazırlanan milli mətbəx nümunələrinin dadına baxaraq qiymətləndirmə aparırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31