Vaşinqton Bakıya diqqəti artıracaq
Vaşinqton Bakıya diqqəti artıracaq
6 Avqust 2019 13:06 Siyasət"ABŞ-ın yaxın və orta mənzilli raketlərin ləğvi razılaşmasını birtərəfli qaydada tərk etməsi əsasən, Vaşinqtonun yeni dünya nizamını formalşadırmağa hesablanıb". "OLAYLAR" xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, bununla Rusiyanın iki qütblü dünya yaratmaq planın qarşısını almaqdır: "Birincisi, Rusiyanı silahlanma yarışına cəlb etməklə, iqtisadi inkişafının qarşısnı almaq. İkinci, öz raketlərini Avropada yerləışdirməklə, Moskvanın Avropaya yönəlik artan aqressiyasını önləmək. Üçüncü, bir müddətdən sonra daha əverişli şərtlərlə yeni müqavilə bağlamaq. Artıq Rusiya prezidenti V. Putin təhlükəsizlik şurasının təcili iclasını keçirməklə, öz narahatlıqlarını nümayiş etdirdi. ABŞ artıq Şərqi Avropa və Mərkəzi Asiya istiqamətində geosiyasi mövqeyini gücləndirməklə, Moskvanı silah yarışmasına cəlb edəcək".
Politoloq qeyd edib ki, ABŞ və Rusiya arasında yaşanan bu böhran Cənubi Qafqaza da təsirsiz ötüşməyəcək: "Moskva öz qonşularına qarşı daha da kəskin siyasətə əl ata bilər. Ermənistanda və Xəzər dənizində hərbi birliklərə yeni silahlar cəlmləşdircək. Xüsusu ilə Qarabağ münaqişəsinin həllində daha da proseslərin müsbət istiqaməıtində nizamlanamasına mane olacaq. Azərbaycana Vaşinqtonun diqqət daha da artacaq. Ermənistana isə Rusiya ilə yaxınlaşmasına görə maliyyə yardımını kifayət qədər azaldacaq. Qeyd edim ki, bir müddət bundan əvvəl Qarabağa maliyyə yardımının dayandırması, bununla paralel Azərbaycana 100 milyon dollar maliyyə ayrıması Vaşinqtonun regionda yeni siyasətində Ermənistana təzyiq və Azərbaycana önəm verməsidir. ABŞ və Rusiya arasında bu qarşıdurma fonunda şimaldan təzyiq artasa da, Vaşinqton Bakıya siyasi dəstək verəcək".