18+ səviyyəli tərbiyəsiz "lider"ciklər
18+ səviyyəli tərbiyəsiz "lider"ciklər
6 Avqust 2019 12:51 Siyasət"Özünü Azərbaycanda baş verəcəyi anons olunan mifik "inqilab"ın lideri elan etmiş Avropadakı mühacir Vidadi İsgəndərlinin özü kimi başqa bir avantürist "inqilabçı" mühacirin - Qurban Məmmədovun ünvanına səsləndirdiyi biabırçı ifadələr xaricdə yuva salmış radikal mühacirət nümayəndələrinin nə səviyyədə olmalarının bariz göstəricisidir". "OLAYLAR" xəbər verir ki, bu fikirləri Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov səsləndirib. Onun sözlərinə görə, Vidadi İsgəndərlinin 18+ ifadələri bir daha onu göstərir ki, özlərini hazırki hakimiyyətə qarşı müxalif elan edən radikal mühacirət nümayəndələri əsl həqiqətdə qətiyyən müxalifətçi deyillər: "Onlar sadəcə "bespredel" ünsürlərdir və onlar üçün heç bir mənəvi-əxlaqi kriterlər, qırmızı xəttlər yoxdur. Belə müxalifət olmur, belə müxalifətçilik də olmur. Bu cür "müxalifət"çilik anlayışı hətta politologiya elminə də tanış deyil".