Rusiya İran və Hindistanı da KTMT-yə üzv etdirəcək
Bununla NATO-ya bərabər hərbi-siyasi blok yaradılması nəzərədə tutulur
14 Yanvar 2019 11:56 SiyasətBununla NATO-ya bərabər hərbi-siyasi blok yaradılması nəzərədə tutulur
Regionda maraqlı proseslər cərəyan etməkdədir. Bir tərəfdən Rusiya Dağlıq Qarabağ probleminin həlli istiqamətində aktivliyi artırmaq istəyir və tərəflər arasında danışıqları intensivləşdirmək istəyir, digər tərəfdən isə Rusiyanın bir sıra rəsmi qurumları və onların səlahiyyətli nümayəndələri sözügedən məsələdə Azərbaycanın maraqlarının ziddinə olan açıqlamalarla çıxış edirlər. Bununla paralel olaraq zaman-zaman gündəmə gələn Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olması ilə bağlı istək son vaxtlar yenidən şimal qonşumuz tərəfindən aktuallaşıb. Bəs görəsən, cərəyan edən bu və ya digər hadisələr nəyə hesablanıb və nədən xəbər verir? Bu və ya digər məsələlərlə bağlı Cənubi Qafqazda Sülh və Təhlükəsizlik Təşkilatının rəhbəri, politoloq Məhəmməd Əsədullazadə ilə söhbətləşdik.
-Məhəmməd bəy, zaman-zaman gündəmə gələn Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü məsələsi yenidən aktuallaşıb. Sizcə burada məqsəd nədir və Azərbaycanı KTMT-yə cəlb etməkdə əsas məqsəd nədən ibarətdir?
-Öncəliklə onu qeyd edim ki, Azərbaycanın Kollektiv Təhlükəszilk Təşkilatına (KTMT) üzv olması hazırkı geosiyasi şərtlər daxilində Azərbaycanın milli maraqlarına uyğun deyil. Rusiya rəhbərliyi il ərzində çalışacaq ki, ölkəmizi bu təşkilatda müşahidəçi statusuna gətirsin. Bununla bağlı yaxın günlərdə Rusiya rəsmlərinin ölkəmizə səfərləri gözlənilir. Kreml ilkin şərt olmadan yalnız, öz silahlarını Azərbaycana bazar qiymətinə aşağı satmaqla şirnikləşdirci vədlər verir. Bundan əlavə, rəsmi Bakı belə bir danışıqlar fonunda Moskva ilə Qarabağ danışıqlarını da intensivləşdirəcək.
-Bəs Rusiyanın KTMT-nin sıralarını genişləndirməkdə əsas hədəfi nədir?
-Rusiya Federasiyasının prezidenti Vladimir Putin KTMT-yə İran və Hindistanı da üzv etdirəcək. Bununla NATO-ya bərabər hərbi-siyasi blok yaradılması nəzərədə tutulur. Artıq, Gürcüstan və Ermənistan Rusiyanın orbitindən çıxmaq üzrədir. Moskva məhz Azərbaycan üzərindən hər iki ölkəyə nəzarət etməyi planlaşdırır. Buna görə də ilk növbədə Azərbaycan Rusiyadan Qarabağ məsələsində neytral qalmağı, yaxud Ermənistana təzyiq edib, ərazilərin qaytarılmasını tələb etməlidir. İl ərzində danışıqların baş tutması reallaşmayacağı təqdirdə, Aprel döyüşlərinin təkrarlanması mümkündür. Əgər, Kreml neytral qalarsa, Azərbaycan ərazilərinin bir qismini azad edib, KTMT üzv olma ehtimalını gündəliyə gələ bilər. Bu istiqamətdə Azərbaycanla Moskva arasında danışıqlar başlamaq ərəfəsindədir. Qeyd edim ki, KTMT Azərbaycan üzv olarasa, Ermənistan bu təşkilatı tərk edə bilər.
-Bu arada onu da müşahidə edirik ki, Rusiyada bəzi siyasilər, rəsmi şəxslər heç də Azərbaycanın maraqlarına uyğun açıqlamalar vermirlər. Məsələn, bu günlərdə Mariya Zaxarovanın səsləndirdiyi fikirləri buna örnək göstərmək olar. Ümumiyyətlə, bu cür ikili mövqe nəyə xidmət edir?
-Qeyd edim ki Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova daim ölkəmizə qarşı qərəzli mövqe tutub. Məhz Rusiya XİN rəhbəri Sergey Lavrovun başçılıq etdiyi idarə erməni lobbisinin təsiri altındadır. Həmçinin bu idarədə erməni siyasəti ölkəmizə qarşı istifadə edilir: Görünür, Mariya Zaxarova millətlərarası münaqişəni qızışdırmaqla bu məsələni yenidən ortaya atıb. Xüsusi ilə, bu, erməni lobbisinin sifarişi əsasında həyata keçirilir. Ümumiyyətlə, Rusiya vətəndaşlarının ölkəmizə giriş-çıxışında heç bir məhdudiyyət yoxdur. İdman tədbirləri, yaxud mədəni tədbirlərdə Rusiya vətəndaşı olan erməni mənşəlilərin ölkəmizə gəlişi reallaşıb. Hazırda Ermənistan dövləti ölkəmizə qarşı işğalçı və terror siyasəti həyata keçirir. Xaricdə yaşayan ermənilər hansı ölkənin vətəndaşı olmalarına baxmayaraq diaspora şəklində Ermənistana bağlıdırlar. Rusiya -Azərbaycan əlaqələrinin inkişaf etdiyi bir dönəmində Mariya Zaxarova bu məsələni qabartmaqla ermənilərin sifarişini yerinə yetirir. Hesab edirəm ki, Rusiya XİN -də Ermənistanın XİN fəaliyyət göstərir. Prezident Putin XİN sturuktrunu dəyişməklə, Lavrovu işdən azad etdikdən sonra ölkəmizə qarşı bu kimi böhtan və sabotaj xarakterli bəyanatlar verilməz. Zaxarovanın Azərbaycana qarşı qərəzli açıqlaması Rusiyanın xarici siyasətinə təhdiddir.
-Birləşmiş Ştatlar prezidentinin miilli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun İraqa səfəri deyəsən heç də uğurlu alınmadı və bu ölkədə daxili gərginlik yenidən artmağa doğru gedir. Sizcə bundan sonra hadisələr hansı məcrada cərəyan edəcək?
-Qeyd edim ki, İraq məkəzi hökuməti ilə Şimali İraq regional Kürd muxtariyyəti arasında yenidən böhran başlayıb. Kürdüstan Yurdseverlər Partiyasının Kərkük şəhərində öz bayraqlarını qaldırması yeni böhranın başlanğıcından xəbər verir. Rəsmi Bağdadın tələbinə baxmayaraq, onlar bayraqları endirmirlər, bu şəhəri mübahisəli ərazi adlandırırlar. De-fakto Kərkükü Kürd muxtariyyətinin ərazisinə daxil etmək istəyirlər. Hazırda kürdlərin Kərkükə yenidən iddia irəli sürməsi təsadüfi deyil. Birləşmiş Ştatlar prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşavirinin qəfil İraqa səfəri, eyni zamanda dövlət katibi Pompeonun səfərindən sonra, görünür rəsmi Bağdadla Vaşinqtonun fikir ayrılıqları bu böhrana gətirib. Təbii ki, Vaşinqton kürdləri Bağdada qarşı təzyiq kimi istifadə etməyə qaldırıb. İraqın İrana qarşı sanksiyalara qoşulmaması, strateji məsələlərdə rəsmi Bağdadla fikir ayrılıqları Vaşinqtonu hərəkətə gətirdi. Əgər, kürdlər öz iddialarından əl çəkməsə, İraq ordusu hərəkətə keçəcək. Yenidən İŞİD-dən sonra ölkəni böhran bürüyə bilər.
Qeyd edim ki, kürdlərin Türkmanların tarixi şəhəri Kərkükə iddia irəli sürməsi, Türkiyəni də hərəkətə gətirməlidir. Zamanla Bağdad tərəfindən türkmanların buradan sıxışdırılması, demoqrafik balansın kürdlərin leyhinə olmasına gətirib çıxardı. Artıq, bu şəhərə İraq hökuməti nəzarəti itirir. Zamanında Türkmanlara Bağdad sahib çıxsaydı, bu gün Kərkük və digər ərazilər mübahisəsiz Bağdadın nəzarətində idi. Onu da qeyd edim ki, Kərkük məsələsi Azərbaycan xalqı üçün həsas məsələdir. Burada yaşayan türkman soydaşlarımızla tarix boyu bağlılığımız olub və bu bağlılıq bu gün də yaşanır. Ona görə də Kərkük məsələsi Türkiyə və Azərbaycan üçün həssas məsələ olaraq qalır.
Məhəmməd