Husilərdən Qırmızı dənizlə bağlı yeni qərar: İsrail gəmiləri hərbi hədəf sayılacaq- ÖZƏL
10:30 DünyaYəməndə fəaliyyət göstərən husilər Qırmızı dənizdə İsrailə məxsus gəmilərin hərəkətinə tam qadağa qoyulduğunu elan ediblər. Olaylar.az xəbər verir ki, husilərin bəyanatına görə, İsrail bayrağı altında üzən və ya İsraillə əlaqəli hesab edilən bütün gəmilər bundan sonra hərbi hədəf kimi qiymətləndiriləcək. Qrup bu qərarın dərhal qüvvəyə mindiyini bildirib.
Husilər qeyd ediblər ki, Qırmızı dənizdə İsrail gəmiçiliyinə qarşı tədbirlər davam etdiriləcək və müəyyən edilən hədəflərə qarşı zərbələr endirilə bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31