Ər-Riyad-Vaşinqton münasibətləri gərginləşə bilər
7 Noyabr 2018 15:00 SiyasətSəudiyyəli jurnalistin qətli yeni problemlər meydana çıxarır
Bir müddət əvvəl Türkiyədə qətlə yetirilən səudiyyəli jurnaılist Camal Kaşıkçı ilə bağlı hələ də müəmmalar qalmaqdadır. Qətlin hansı səbəbdən, kimlər tərəfindən həyata keçirildiyi barədə müxtəlif versiyalar səsləndiyi bir vaxtda mərhum jurnalistin cəsədinin konsulluqdan necə çıxarıldığına dair də bir-birinə ziddiyyətli xəbərlər yayılır. Bu arada Camal Kaşıkçının Səudiyyənin Türkiyədəki konsulluğu qarşısında əks olunan fotosunun yayılması yenidən bu məsələni gündəmə gətirib və yeni-yeni versiyaların səslənməsinə səbəb olub. Politoloq Zaur Məmmədov deyib ki, hadisədən sonra Ər - Riyad tərəfindən səsləndirilən ilkin versiyada Kaşıkçının konsulluğu tərk etdiyi bildirilmişdi. Ancaq fotoda Kaşıkçının konsulluğa girməsi və çıxması əks olunub: "Konsulluqdan çıxan onun Ər -Riyaddan gəlmiş oxşarıdır. Görünən odur kı, oxşarın ayağının ölçüsü Kaşıkçının ayaq ölçüləri ilə düz gəlməyib. Söz Kaşıkçıdan düşmüşkən onun kim olduğuna nəzər salmaq yaxşı olardı. Ben Ladeni ilk dəfə olaraq mediaya tanıtdıran məhz Kaşıkçı olmuşdu. Ben Ladenin kimlər tərəfindən idarə olunduğunu bilirsizsə, Kaşıkçının dayısının yolunu getdiyini anlamış olarsız. Kaşıkçı haqqında danışarkən onun dayısının adını çəkməmək düz olmaz. Mərhum jurnalistin dayısı tanınmış ərəb milyarderi Adnan Kaşıkçı kral ailəsinə yaxınlığı ilə seçilən, Birləşmiş Ştatların Yaxın Şərqdəki silah alverçisi kimi tanınırdı. İran - İraq müharibəsində qadağaları nəzərə alan Pentaqon məhz Adnan vasitəsiylə gizli şəkildə İranı silahlandırırdı. Məqsəd müharibənin vaxtının uzadılması idi. Adnanın həm də Çeçen mocahidlərini silanlandırması və onlara maliyyə yardımı etməsi haqqında da maraqlı məlumatlar var". Politoloq deyir ki, 90 ci illərin sonlarında onun Fransadakı villasında dəfələrlə rusiyalı oliqarxların toplantıları keçirilirdi: "Digər maraqlı məqam onun Dodi Al Fayed adlı kuzeni ilə bağlıdır. Bəli, bu prinsesa Diananın məşuqu olan Dodi Al Fayeddir hansı kı, 1997 ci ildə avtoqəzada Diana ilə birlikdə həlak olmuşdu. Təbii ki, əkiz qullələrinə hücum etməkdənsə Britaniya tronuna 5 metr yaxın olmağı seçən Dodi cəzalanmaya bilməzdi. Göründüyü kimi Camal Kaşıkçının çox maraqlı ailəsi olmuşdu. Bəs o kimə mane olurdu? Jurnalist Camal Kaşıkçının ölümündə kim maraqlıdır? "İslahatçı" kimi tanınan (Kaşıkçı bunun əksini yazırdı) şəhzadə Mohammed Ben Salman yoxsa Mohammedin kral kreslosundan uzaqlaşdırdığı qohumları? Yeri gəlmişkən, 2017 ci ildəki "əməliyyat" nəticəsində krallığın 1300 üzvü ev dustaqlığına məhkum olunmuş, aksiya və valyuta vidində 800 milyard dollar bütün əllərdən yığılaraq bir hesaba köçürülmüşdü. Kral bu əməliyyata niyə razılığını vermişdi?
Hər halda Kaşıkçı hadisəsi Birləşmiş Ştatlar və Səudiyyə krallığının imicini ciddi şəkildə zədələdi". Zaur Məmmədov hesab edir ki, hadisədən ən çox udan tərəf isə, Türkiyə və Rusiya oldu: "Türkiyə kəşviyyatı və ümumillikdə dövləti növbəti dəfə Vaşinqtona və elə Yaxın Şərqdəki ərəblərə nümayiş etdirdi ki, Türkiyə dərin dövlətdir və onun maraqlarını nəzərə almamaq heç cür mümkün deyil. Rusiya isə dünyaya bəyan etmiş oldu kı, sağ olan Skripallara görə Britaniya - ABŞ tərəfindən Kremli günahlandıranlar yaxşı olardı kı, başı bədənindən ayrılan, dərisi soyulan Kaşıkçı olayına obyektiv qiymət verərdilər. Beləliklə, Moskva Skripal olayının ssenari olduğunu ( rus versiyasına görə) bir daha , lakin, bu dəfə daha əminliklə bildirmiş oldu. Bəs əgər Birləşmiş Ştatlar Səudiyyə kral ailəsini hakimiyyətdən uzaqlaşdırmaq istəsə nə ilə rastlaşa bilər? Kral hakimiyyəti aşağıdakıları etməyi istisna etmir: Neftin günlük çıxarılmasını 7 milyon barelə salmaq. Bununla da neftin qiyməti 200 dollara çatacaq. Dollardan imtina. Tehran, Moskva və Pekinlə yaxınlaşmaq".
Politoloq deyib ki, Netanyahu və Birləşmiş Ştatlardakı dərin dövlətə yaxınlığı ilə seçilən Mohammed Ben Salmanın taleyinə elə Vaşinqtonda qərar verəcəklər: "Hər bir halda varisin kim olmasından asılı olmayaraq London tərəfindən yaradılan, sonradan Vaşinqtonun təsiri altına keçən Səudiyyənin ABŞ dan öz istəyi və ya Vaşinqtonun istəyi ilə uzaqlaşacağına inanmaq sadəlöhvlük olardı. Baxmayaraq kı, beduinlər keçmişdəkiləri silməyi sevirlər. Elə Suriya, Səudiyyə Ərəbistanı , İraqda sildikləri mədəni və dini abidələri kimi".
Məhəmməd