Körfəzdə müharibə qaçılmazdır
7 Noyabr 2018 14:00 SiyasətBirləşmiş Ştatların İrana qarşı siyasəti özünün yeni bir mərhələsinə qədəm qoyur. Bu dəfə İslam Respublikası Vaşinqton tərəfindən daha sərt sanksiyalarla üzləşəcək. Ekspertlər hesab edirlər ki, Birləşmiş Ştatların İslam Respublikasına qarşı tətbiq etdiyi sərt sanksiyalar Tehranla Vaşinqton arasında münasibətləri daha da gərginləşdirəcək və cənub qonşumuz adekvat addımlar atmasına gətirib çıxaracaq. Elə Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə də bu qənaətdədir. O, bildirib ki, Birləşmiş Ştatların İrana qarşı noyabrın 5-dən başlayaraq sanksiyaların ikinci dalğasını tətbiq etməsi, bu ölkənin neft-qaz satışını məhdudlaşdırmaqla iqtisadi-sosial ən əsası siyasi problemlərə yol açacaq. Onun sözlərinə görə, bununla Vaşinqtonun əsas siyasi hədəfi İran daxilində kütləvi etiraz aksiyalarına nail olaraq, hakimiyyətə müqavməti artırmaqla, rejimi dəyişmək yaxud da İranı təslimçi nüvə müqaviləsinə imza atdırmaqdır: "Əgər, Vaşinqton iki hədəfindən birinə nail olmasa belə, İran siyasətindən geri çəkilməyəcək. Qeyd edim ki, sanskiyaların təsirindən ağırlaşan sosial problemlər, infilyasiya, milli valyutanın dəyərdən düşməsinin nəticəsində əhali fasiləsiz etirazlara başlayarsa, Tehran rejimi nümayişlərin qarşısını ala bilməyəcək. Bu iğtişaşlar silahlı qarşıdurmaya yol açar, nəticə etibarilə cənub qonşumuzda vətəndaş müharibəsi alovlanar. Bu da sonda hakmiyyətin devrilməsinə gətirib çıxara bilər".
Məhəmməd Əsədullazadə deyib ki, məhz İrana tətbiq olunan sanksiyalar, nüvə sazişindən birtərəfli çıxmaq Vaşinqtonun Yaxın Şərq planın reallaşması istiqamətində İranı taktiki cəhətdən zəiflətmək, onun əl qolunu bağlamaqdır: "Artıq, Vaşinqton prosesə başlayıb, siyasi hədəflərinə çatmaq üçün mümükün variantlardan istifadə edəcək. Qeyd edim ki, Vaşinqton SVİFT sistemindən İranı çıxarması maliyyə sistemində ölkədə ciddi böhrana yol açacaq. Bu da bank sistemini, beynəlxalq maliyyə əməliyyatlarını çətinləşdirəcək. Bir məsələni qeyd edim ki, sanksiyalar ciddi böhrana gətirib çıxarsa, neft satışında problemlər ortaya çıxarsa, İran Yəməndə Husilər vasitəsi ilə Səudiyyə Ərəbistanının neft-qaz yataqlarına raket zərbələri endirəcək. Həmçinin Birləşmiş Ərəb Əmirliklərinin neft-qaz infrasturukturunu hədəfə alacaq. Bu da regionda Yəmən müharibəsinin miqyasının genişlənməsinə gətirə bilər". Politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, problemlərin tez bir zamanda inkişaf etməməsi üçün Vaşinqton 8 ölkənin İrandan neft alışına bir qədər yaşıl işıq yandırıb: "Bir müddətdən sonra 8 ölkəı neft alışını dayandlrsa, İran danışıqlara deyil, aqressiyaya gedərsə. Körfəzdə müharibə alovlana bilər. Hazırda bu sanksiyalara görə İran hakimiyyət sturukturlarında ciddi fikir ayrılıqları ortaya çıxıb. İranın xarici işlər naziri Cavad Zərif Birləşmiş Ştatlarla danışıqların aparılmasının tərəfdarıdı. Bunu dəstəkləyənlər də var. Digər qrup isə mühafizəkar baxışlıdı, axıra kimi bu xətti qorumağı tələb edir. Sanksiyalar İran rejimini daxildən parçalamağa doğru aparacaq".
Məhəmməd Əsədullazadə hesab edir ki, bu saksiyalardan sonra İran əhalisi Fələstində Həması, Livanda Hizbullahı, Yəməndə Husilərə, Suriyada müharibəyə vəsait ayırmasına etiraz edəcək: "Bundan əlavə İranın artıq, bu silahlı birləşmələrə vəsait ayırmağa maliyyəsi olmayacaq. Çox güman ki, İran Rusiyadan bu hərbi təşkilatların maliyyələşdirilməsini xahiş edəcək. Göründüyü kimi İranın Yaxın Şərqdə hıərbi-siyasi hərəkətliliyinə Vaşinqtonun dur demək vaxtı çatıb. Rəsmi Tehran Körfəzdə neft daşımasının qarşısını almaq üçün boğazı bağlamağa cəhd etsə, bu regional müharibəyə gətirib çıxaracaq".
Politoloq cənub qonşumuz olan İran İslam Respublikasına tətbiq edilən sanksiyalar və bu ölkə ilə Birləşmiş Ştatlar arasında gərginliyin artmasından dolayı regionda cərəyan edən prosslərə də toxunub. Məhəmməd Əsədullazadə baş verməkdə olan təhlükənin Azərbaycana təsir edib-etməyəcəyinə də aydınlıq gətirib: "İrana tətbiq edilən sanksiyalar Azərbaycana ciddi təsir etməsə də, İranla birgə müəssisələrin və ortaq layihələrə təsir edəcək".
Füzuli