Rusiya Ermənistan-Azərbaycan münaqişəsinə olan mövqeyini dəqiqləşdirsə hamı üçün faydalı olacaq - MÖVQE

Rusiya deyəsən Cənubi Qafqaz regionu ilə bağlı yenidən ciddi şəkildə düşünməyi qərarlaşdırıb. Son illərdə şimal qonşumuzun yaşadığımız coğrafiyaya təsir dairəsi müəyyən dərəcədə azalsa da, artıq bu boşluğu Moskva radan qaldırmaq barədə düşünür. Xüsusilə, Vladimir Putinin yenidən Federasiya prezidenti seçilməsindən sonra Kremldə Cənubi Qafqaz mövzusu aktuallığını artırıb. Elə əksər ekspertlər, analitiklər də bu qənaətdədirlər. Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu deyib ki, Vladimir Putin növbəti dəfə prezident seçildikdən sonra Rusiya Federasiyasının Cənubi Qafqaz regionuna münasibətində ciddi dəyişiklik baş verib. Onun sözlərinə görə, bu dəyişiklik özünü bir neçə istiqamətdə göstərir: "Birincisi, Gürcüstan istiqamətində neqativlərə diqqət verməmək, optimist bəyanatlarla ümid yaratmaq Kremlin Gürcüstan istiqamətində yeni konsepsiyasıdır. Ermənistana gəlincə isə, işğalçı ölkə əvvəlki qaydada qəbul edilmir. Rusiyada başa düşürlər ki, ermənilər Qərblə birlikdə antiRusiya resurs rolundadır. Ermənistanda və Moskvadakı ermənilər fürsət düşdükcə antiRusiyaçılığı gücləndirirlər.  Bu ermənilər üçün çətin məsələ deyil. SəfirA.Qriboyedovun öldürülməsində, 1977-ci ildə Moskva metrosunun partladılmasında, Sovet pulunun saxtalaşdırılmasında iştiraklarına görə cəza əvəzinə mükafat alan ermənilər üçün bu rol daha uyğun görünür. Eləcə də ermənilər SSRİ-nin dağılmasında iştiraklarına, ilk respublika olaraq rusları və sovet ordusunu öz ərazilərindən çıxardıqlarına görə də Moskva tərəfindən yalnız mükafatlandırıldılar. Moskvanın"vurğunlarından" olan Serj Sərkisyan: ermənilərin SSRİ-nindağılmasında iştirakını rəsmən etiraf etdi. SSRİ dövrünü ermənilər üçün cəhənnəm adlandırdı. Həmçinin "Şərq Tərəfdaşlığı Proqramı" çərçivəsində Rusiya hərbi bazasının Ermənistandan çıxarılmasını müzakirə obyektinə çevirdi. Bununla yanaşı "Çərkəz soyqırımının"tanınmasına hazırlıq prosesini başladı". Mərkəz rəhbəri deyir ki, Vladimir Putin bütün bunlara dözmək niyyətində deyil: "Eləcə də Nikol Paşinyanın "məxməri inqilabı" Kremli Ermənistan istiqamətindəki siyasətinin korreksiyasını daha da tələsdirdi". Mübariz Əhmədoğlu hesab edir ki, Vladimir .Putinin yeni prezidentliyinin başlanğıcında ən kordinal dəyişiklik Azərbaycan istiqamətində baş verir: "Rusiyalı deputatlar və Kremlin politoloqları işğaldan azad olunmuş Cocuq Mərcanlıda konfrans keçirərək, Azərbaycanı Cənubi Qafqazda Rusiya Federasiyasının yeganə müttəfiqi adlandırdılar. Ermənistanı Dağlıq Qarabağ və ətraf rayonları Azərbaycana qaytarmağa çağırdılar. Rusiyanın hakimiyyətpərəst siyasətçilərinin anlamına görə Yaxın Şərqdə gedən proseslər Rusiyanın İran və Türkiyə ilə orijinal siyasətini tələb edir. Belə siyasəti qurmaq üçün Rusiya hökmən Azərbaycanla birlikdə olmalıdır. Vladimir Putin Türkiyədə TANAP-ınaçılış mərasiminə münasibət bildirdi və TAP-ı müsbət dəyərləndirdi. Ehtimal ki, Vladimir Putin Rusiya qazının Avropaya nəqlindəki problemləri yumşaltmaq üçün Rusiya qazının bir qismini TAP vasitəsiləAvropaya nəql edə bilər. Qərbin reaksiyasının necəliyindən asılı olmayaraq bu Azərbaycan üçün müsbətdir. İranın ali rəhbərinin xaricisi yasət məsələləri üzrə müşaviri Ə.Vilayətini qəbul edərkən V.Putin bildirdi ki, Azərbaycan ərazisi vasitəsilə Rusiya İrana elektrik enerjisi verə bilər. Vladimir Putin Tehranda üçtərəfli görüşdə olarkən İranın şimal regionlarını Rusiya ərazisi vasitəsilə qazla təmin etməkideyasını ortalığa qoydu. Bütün bunlar Vladimir Putinin Azərbaycana yeni münasibətinin əlamətləridir". Mərkəs rəhbəri onu da qeyd edib ki,  Rusiya və Azərbaycan daxili, regional və beynəlxalq məsələlərdə bir-birini qarşılıqlı tamamlayan siyasət aparmalıdırlar: "Qarşılıqlı siyasətdə ən vacib məsələ Rusiyanın Azərbaycanın inamını qazanmasıdır. Bu mürəkkəb prosesdir. Amma konkret addımlarla həlli mümkün məsələdir: Naxçıvanın materik Azərbaycandan ayrılması Stalinin əməlidir. Çünki Azərbaycan ərazi və əhali baxımından Qafqazın ən böyük dövləti idi və indi də belədir. Naxçıvanı materik Azərbaycandan ayırmaqda sovet Rusiyasının, o cümlədən Stalinin çox məqsədləri ola bilərdi.Türkiyə ilə Azərbaycanın əlaqəsini kəsmək də bu kontekstdə daxil ola bilər. Amma Stalinin ən əsas məqsədi böyük və güclü Azərbaycanı zəif hala salmaq idi. Ona görə də 1923-cü ildə İ.V.Stalin Zəngəzuru ermənilərə bağışladı". Mərkəz rəhbəri hesab edir ki, yaxın yüz illikdə Rusiya ilə Azərbaycan arasında inam yaratma prosesini kifayət qədər yüksək aktivlikdə saxlamaq üçün Zəngəzurun Azərbaycana qaytarılması çox vacibdir: "Vladimir Putin bununla SSRİ dövründəki haqsızlıqlardan birini aradan qaldırmış olar. Həm də Kreml rəhbəri 2013-cü ilin yayında tarixi problemlərin aradan qaldırılması istiqamətində verdiyi vədə əməl etməyə başlamış olar. Zəngəzur mövzusu ağır məsələdir.Amma Azərbaycan Respublikasına doğru səmimiyyəti nümayiş etdirmək üçün Rusiyadaha az vaxt tələb edən addım ata bilər. Dağlıq Qarabağdakı separatçı rejim Rusiya qazı ilə təmin olunur. Hazırda Rusiya-Ermənistan münasibətləri Moskva qazının Ermənistana nəqlinin dayandırılması səviyyəsinədək gərgin deyil. Ona görə RF qazının Dağlıq Qarabağa nəqlinin dayanacağını düşünmürük. Amma Rusiya hüquqi boşluğu aradan qaldırmaq, beynəlxalq hüquqa hörmətlə, Azərbaycana səmimiyyətlə yanaşmaq baxımından ciddi addım ata bilər. Dağlıq Qarabağa qaz nəqlini Azərbaycan Respublikası ilə svop əməliyyatı kimi sənədləşdiribilər. Dağlıq Qarabağ erməniləri başa düşəcəklər ki, Rusiyadan gəlsə də, onlar Azərbaycan qazını istehlak edirlər. Bir sözlər Rusiya Federasiyasında yeni siyasətinin keyfiyyətinin müəyyən olunan vaxtıdır".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31