ABŞ İraqın neft nazirinin müavininə qarşı sanksiyalar tətbiq etdi

ABŞ İraqın neft nazirinin müavininə, ərəb ölkəsindəki bir neçə enerji şirkətinə və ərazisində fəaliyyət göstərən iki silahlı qrupa qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib.

Olaylar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqot bildirib.

Onun sözlərinə görə, ABŞ-nin qara siyahısındakıların hamısı İraqın suverenliyini sarsıdır, təbii sərvətlərini talan edir, İran hökumətini maliyyələşdirir və ABŞ vətəndaşlarına qarşı zorakılığa təhrik edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31