Almaniya iqtisadi və texnoloji cəhətdən mövqelərini itirib - Merts

Almaniya kansleri Fridrix Merts ölkəsinin iqtisadi və texnoloji liderliyini itirdiyini etiraf edib və islahatlara ehtiyac olduğunu bildirib.

Olaylar.az xarici mediaya istinadla xəbər verir ki, Merts bildirib ki, açıq böyük güc siyasətinin və dünyada təsir dairələri uğrunda mübarizənin yeni bir dövrünə qədəm qoyulub.

"Qlobal iqtisadiyyatda güc amilinin yenidən güclənməsinin şahidi oluruq. Azad ticarətə məhdudiyyətlər, proteksionizm, tariflər və subsidiyaların azaldılması üçün amansız bir yarış görürük. İqtisadi təhlükəsizlik və rəqabət qabiliyyəti indi həmişəkindən daha çox eyni medalın iki üzüdür", - deyə Merts bildirib.

Kansler bildirib ki, Almaniya iqtisadi və texnoloji cəhətdən mövqelərini itirib.

"İqtisadiyyatımız ən azı 2019-cu ildən bəri böyüməyib. Eyni zamanda, sənaye istehsalında azalma müşahidə edirik", - deyə kansler bildirib.

O, həmçinin əlavə edib ki, özəl investisiyalar durğunluq içindədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31