ABŞ-nin Kubaya qarşı sanksiyalarının detalları açıqlandı
20:10 DünyaABŞ hökumətinin Kubaya qarşı sanksiya siyasətinin detalları açıqlanıb.
Olaylar.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.
Onun sözlərinə görə, Kuba iqtisadiyyatının təxminən 40%-ni idarə edən "GAESA" holdinqinə, eləcə də onun direktoruna, bu ölkədəki nikel mədəninin birgə müəssisəsinə qarşı sanksiyalar tətbiq edib.
O qeyd edib ki, bu məhdudiyyətlər ABŞ prezidenti Donald Tramp tərəfindən mayın 1-də imzalanmış Kubaya qarşı birtərəfli sanksiyalar rejiminin kəskin şəkildə sərtləşdirilməsi haqqında fərman əsasında tətbiq olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31