Ermənistanda seçki ab-havası gərginləşir: Rusiya faktoru yenidən gündəmdə- ÖZƏL

Alen Simonyan bildirib ki, Ermənistanda hakimiyyət dəyişikliyinə yönəlmiş siyasi müdaxilə cəhdləri var. O, bu prosesin Rusiya ilə münasibətlər fonunda baş verdiyini vurğulayaraq qeyd edib ki, Ermənistanın "quberniya"ya çevrilməsinə və Belarus kimi idarə olunmasına imkan verilməyəcək.

Ermənistan rəhbərliyinin Rusiyanı dolayı şəkildə siyasi müdaxilədə ittiham etməsi regionda geosiyasi balansı necə dəyişə bilər?Alen Simonyanın səsləndirdiyi "siyasi müdaxilə" iddiaları Rusiya-Ermənistan münasibətlərində hansı yeni gərginlik mərhələsinin başlanğıcı ola bilər?Mövzu ilə bağlı politoloq Tural İrfan Olaylar.az-a açıqlama verib:
" Ermənistanda yeni seçkilər gözlənilir və bu məqamda Rusiya aktivləşərək öz təsir dairəsində olan fiqurları hərəkətə keçirib və mümkün qədər Paşinyanı səhnədən uzaqlaşdırmağı nəzərə tutub. Siyasi müdaxilə uzun müddətdir davam edir. Ancaq aktiv fazaya keçid almaqla seçki öncəsi hakimiyyəti narahat etməyə başlayıb. Ermənistan Qərblə yaxınlaşdıqca, eyni zamanda regionda sülhə imza atmaqla Rusiyaya qarşı cəsarətlənir. Lakin bu gərginliyin ciddi münaqişə ilə nəticələnə biləcəyi də ehtimallardandır. Rusiyanın Ukrayna ilə atəşkəsə razılıq verməklə əsas diqqəti Ermənistana yönəltmək istəyir. Gərginlik əsasən seçki ərəfəsində aktiv fazaya keçid ala bilər".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31