Milli Məclisə Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu verilib (FOTO)
19:22 SiyasətAzərbaycan Respublikasının Milli Məclisinə Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu verilib.
Olaylar.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Bildirilib ki, bununla bağlı Aralıq Dənizi Parlament Assambleyasının üzv və tərəfdaş olan parlamentlərin sədrlərinin mayın 7-də keçirilən 1-ci Sammiti çərçivəsində mərasim təşkil olunub.
Sammitdə çıxış edən spiker Sahibə Qafarova Milli Məclisə təşkilatda müşahidəçi statusunun verilməsi ilə bağlı qərara görə təşəkkür edib və onu yüksək qiymətləndirib. O, deyib ki, Assambleyada iştirak üzv parlamentlərlə əlaqələrin daha da gücləndirilməsi və inkişaf etdirilməsi üçün yeni geniş imkanlar yaradır.







Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31