Sapı özümüzdən olan "üçlük”
25 May 2018 12:14 Siyasət"Qafqaz üçlüyü" vətənə xəyanətin davamıdır...
"Qafqaz üçlüyü" filmi Rüstəm İbrahimbəyov kimi düşmən xislətli birisini xalqa "milləti düşünən əsl ziyalı" kimi təqdim etməyə, onu prezident kürsüsünə yüksəltməyə çalışan "Milli Şura" adlı qurumun, onun başında duran Əli Kərimli, Cəmil Həsənli və digərlərinin antimilli və ermənipərəst simasını aydın göstərir" - Ayaz Salayev
Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü illiyini qeyd etməyə 5 addım qalmış "YouTube" sosial şəbəkəsində hər kəsin təəssüf ki, çox yaxşı tanıdığı Milli Şuranın lideri, kinodramaturq, əfsuslar olsun ki, Azərbaycanın mədəniyyət xadimi adını düzgün istifadə etməyən Rüstəm İbrahimbəyovun azərbaycanlıları riyakar, qəddar, vəhşi, milli kökləri olmayan, cahil, mədəniyyətsiz, erməniləri isə sülhsevər, alicənab, mərd və "vəhşi türklər"in qurbanı kimi göstərən "Qafqaz üçlüyü" filmi ürək bulandırmağı bacardı. Düşməni uzaqda axtarmağa ehtiyac yoxdur. Filmin müəlliflərinə nəzər yetirək. Ssenari müəllifi Rüstəm İbrahimbəyov, rejissorları isə (onun doğma oğlu) Fuad İbrahimbəyov və Eldar Şengeleya. Sapı özümüzdən olan üçlük... Hər üçü azərbaycanlı soyadını, yaxud adını daşıyan insanlardır. Çox maraqlıdır, Rüstəm İbrahimbəyovu bu ad və soyadda qalmağa nə vadar edir. Axı bu ad "vəhşi türklərə" məxsusdur.
Bəlkə vaxtilə Azərbaycandan aldığı titullardan, Heydər Əliyevin ona böyük qayğı göstərməsindən, onun fəaliyyəti üçün hər cür şərait yaratmasından və onu "şöhrət ordeni" ilə təltif etməsindən utanıb. Yaxud da Şamaxı və Bakı qırğınlarının şahidi olmuş ailədə doğulub böyüməsindən utanıb. Yox, inanmıram ki, İbrahimbəyov vaxtilə ona verilən bu titullardan, hörmətdən, dünyaya göz açdığı Şamaxı torpağından utansın. Utananın "Qafqaz üçlüyü" olmur. Rüstəm İbrahimbəyova təklif edirik ki, bəlkə adından və soyadından, həmçinin "vəhşi türklər"-in sizi layiq gördüyü titullardan imtina edəsiniz.
İbrahimbəyovun sovet ittifaqı dağılandan sonra çəkdiyi "Kabusun gözü ilə", "Əlvida cənub şəhəri" filmlərinin sujet xətti ilə tanış olanlar yaxşı bilir ki, onun azərbaycanlılara qarşı kini, antimilli nifrəti o vaxtdan başlanır. "Qafqaz üçlüyü" isə bu kin-küdurətin, nifrətin, vətənə xəyanətin davamıdır... Bu xəyanətə vadar edən nə idi? Rusiya, "sadiq itləri" Ermənistan və erməni xislətlilərin alqışını, hörmətini qazanmaq?
Axı bu hörməti Azərbaycan öz ziyalısı kimi vaxtilə daha şərəfli şəkildə İbrahimbəyova bəxş etmişdi.
Türkiyəli Recai Bokurt adlı rejissor Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova aid film çəkilişlərinə başlayıb və öz dəyərli fikirlərində bildirib ki, "Biz beş min illik bir millətə mənsubuq. Şərəflə doğulduq, şərəflə yaşayıb, şərəflə öləcəyik. Azərbaycanın milli qəhrəmanı bütün türk dünyasının qəhrəmanıdır".
Azərbaycanlı adını daşıyan kinematoqrafın "məşhur" filminin fraqmentlərindən birində isə quyuya düşən erməninin azərbaycanlı uşaq tərəfindən başına daşın atılması görüntüləri var... Biz bu xislətdəyikmi?! Məgər 3-4 aylıq azərbaycanlı körpələri süngüdən keçirən erməni azğınları deyildimi?
"Qafqaz üçlüyü" təkcə vətəndaş cəmiyyətini deyil, cümhuriyyət qurucularımızı, ziyalılarımızı, bu vətən uğrunda gözünü qırpmadan savaşan qəhrəmanlarımızı, bir qarış torpaq üçün canından keçən şəhidlərimizi, Xocalı soyqrımında, 31 Mart soyqrımında həlak olan azərbaycanlılarımızı, belinə qaynar samovar bağlanan hamilə qadının onun bətnində dünyaya gözünü aça bilməyən azərbaycanlı körpənin ruhunu təhqir edir.
Ermənilərin qəbul etdiyi və qələmə aldığı vəhşiliklərə baxaq...
A.Amiryan: "Yalnız İrəvan əyalətində 200 Azərbaycan kəndi dağıdılmışdır. (Məhv edilmişdir)". (Qaz.Bakinskiy raboçiy, 28.05.1918).
Erməni alimi S.Zavaryan təsdiq edir ki, 1905-ci ildə azərbaycanlıların kütləvi məhv edilməsi zamanı Şuşada 12, Zəngəzurda 43, Cəbrayılda 5, Cavanşirdə 15 kənd yandırılmışdır. Cəmi 75 türk-müsəlman kəndləri yandırılmışdır. (Mənbə: Ekonomiçeskie usloviya Karabaxa u qolod 1905-1907 qq. Perevod s armyanskoqo, Sankt-Peterburq (SPb),1907,s.61).
"Qısa bir vaxtdan sonra yenidən Şuşanı gördüm. Şəhərin türklər yaşayan hissəsində qalaqlanmış daşlardan başqa heç nə qalmamışdır. Bütün evlər yandırılmış, sahibləri isə öldürülmüşdü. Bu vəziyyət Xankəndinin də türklər yaşayan məhəllələrində eynilə təkrar olmuşdu."
Bakıda isə, inglislərin köməyi ilə, ermənilər demək olar ki, böyük neft şəhərini ələ keçirərək 25.000 dinc türk əhalini qətlə yetirmişlər. (Mənbə: İz vospominaniy Oqanesa Apresyana. Leonard Ramsden Xartvill. "Takovı lyudi. Azerbaydjanskiye sobıtiya 1918-1922-x qodov vospominaniyax odnoqo armyanina". SŞA. İndianapolis, izdatelstvo"Bobbs Meril kompani" 1928 qod).
R.Hovanesyan: 1918-ci ilin əvvəlindən 1 avqusta kimi olan məlumatlarda 300 müsəlman (Azərbaycan) kəndin dağıdılması göstərilir.
Ermənistanın paytaxtında 13.000, kəndlərdə 50.000 Azərbaycan qaçqını erməni xristianlarının nəzarətində saxlanılırdılar. Paytaxtın cənubunda yaşamaq üçün yararsız ərazilərdə 70-80 minə qədər müsəlman qaçqın var idi. Erməni hökuməti onlara lazımi köməkliyi etməkdən imtina etmişdir. ( The republik of Armenia).
A.Lalayan: "Daşnaqsütyun" partiyası ətrafına könüllülərdən ibarət dəstə yığmışdır.Müharibə gedən Türk ərazisinin əhalisinə, o cümlədən, qadınlara, uşaqlara, əlillərə belə rəhm etmədən amansızcasına, qəddarlıqla divan tuturdular. (Jurnal Revolyuçionnıy Vostok, N -2-3, 1936, Moskva).
O.Apresyan: Bakıda isə ingilislərin köməyi ilə ermənilər demək olar ki, böyük neft şəhərini ələ keçirərək 25.000 dinc türk əhalisini qətlə yetirmişlər. ("Takovı lyudi.Azerbaydjanskie sobıtiya 1918-1922 qodov v vospominaniyax odnoqo armyanina".SŞA,1928 q).
Z.Korkodyan: 1918-1920-ci illərdə daşnak vandalları Ermənistanda yaşayan 575.000 azərbaycanlını qanına qəltan etmiş və 565.000 əhalini silah gücünə doğma torpaqlarından vəhşiliklə çıxarmışdırlar. (mənbə:"Naseleniye Sovetskoy Armenii. 1831-1932", Erevan, 1932) Cümşüd Nuriyevin "Saxtalaşdırılmış tarixin sirləri" kitabından
Bu faktlardan görünür ki, ermənilərin belə zaman-zaman inkar etmədikləri, İbrahimbəyovun isə dilinə gətirmək istəmədiyi bu vəhşiliklərdən çox gözəl xəbəri var. O, yaxşı bilir ki, erməni əsirliyində nə qədər azərbaycanlı qadın olub və onlar nələr yaşayıb. Bəs düşünmürmü ki, onun bu "humanist", "mədəni", "əzabkeş", "qayğıkeş", "mələk simalı" (nə qədər tərifləsək o qədər azdır) erməniləri niyə Azərbaycan əsgərinə gücləri çatmayanda hirslərini onun cansız bədənindən, nəşindən çıxırlar? "mərd" ermənilərə bu cür qorxu yaraşırmı?! Nə üçün əsirlikdə olan Dilqəm Əsgərov və Şahbaz Quliyev azad edilmir? Nə üçün Həsən Həsənov öldürüldü?!
"Əsl ziyalı", "əsl vətənpərvər" insan, Azərbaycanın bu qədər titulunu, üstəlik adını və soyadını daşıyaraq yağ-bal içində dolanan, "Rüstəm İbrahimbəyov" da sözünü Bakıda deyə bilməyib bizə qərib, özünə doğma olan yerdə oturub maşa rolunu oynayanlardan biri olduğunu göstərdi.
İbrahimbəyovun şəcərəsini çox ciddi araşdırmağa ehtiyac var və heç şübhə etmirəm ki, bu şəcərənin bir budağı onun "alicənab" ermənilərinə gedib çıxacaq.
Nigar Orucova