Sançez: Madridin Seutadakı böhranın əsl miqyası barədə heç bir məlumatı yox idi- ÖZƏL
11:56 Dünyaİspaniyanın Baş naziri Pedro Sançez bildirib ki, iyulun 30-31-də Seuta şəhərində baş verən miqrasiya böhranının real miqyası barədə Madridin əlində kifayət qədər məlumat olmayıb. Olaylar.az xəbər verir ki, Sançez bu barədə Cadena SER radiostansiyasına müsahibəsində danışıb.
"30 və 31 iyulda üzləşdiyimiz böhranın miqyasını əks etdirən heç bir məlumat yox idi", -deyə baş nazir qeyd edib.
Bununla belə, Sançez İspaniya kəşfiyyat xidmətinin vəziyyətlə bağlı hesabatları Milli Polislə bölüşdüyünü bildirib. Onun sözlərinə görə, Seutaya qanunsuz daxil olan miqrantların 90 faizindən çoxu artıq Mərakeşə qayıdıb. O bildirib ki, avqustun 10-dan etibarən 3 222 miqrant Mərakeşə geri qaytarılıb.
Sançez hazırda İspaniyanın Şimali Afrikadakı muxtar şəhəri Seutada 5 minə qədər miqrantın qaldığını açıqlayıb.
Onun sözlərinə görə, miqrantların yerləşdirilməsi üçün nəzərdə tutulan yerlərin sayı 500-dən 3 300-ə qədər artırılıb. Baş nazir bu imkanın yaxın vaxtlarda 6 min yerə çatdırılacağını da bildirib.