İslandiyanın Aİ qərarı Makron və fon der Leyenə “şillə” oldu-ÖZƏL

Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot İslandiyanın Avropa İttifaqına (Aİ) üzvlük danışıqlarını bərpa etməkdən imtina etməsini Fransa Prezidenti Emmanuel Makron və Avropa Komissiyasının sədri Ursula fon der Leyen üçün ciddi zərbə kimi qiymətləndirib. Olaylar.az xəbər verir ki, Filippot bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
"İslandiyalılar Ursula fon der Leyenin, Makronun və onun komandasının üzünə böyük bir şillə vurublar", - deyə o yazıb.
Qeyd edək ki, İslandiya Aİ-yə üzvlük üçün ilk dəfə 2009-cu ildə müraciət edib. Lakin 2013-cü ildə ölkədə hakimiyyətə gələn və Aİ-yə üzvlüyə şübhə ilə yanaşan hökumət danışıqları dayandırıb.
Hazırda İslandiya Şengen zonasının və Avropa İqtisadi Zonasının üzvüdür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31