Rusiya XİN-dən Dağlıq Qarabağdakı "referendum"la bağlı AÇIQLAMA
17 Fevral 2017 11:54 SiyasətRusiya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağdakı separatçı rejimin keçirəcəyi "referendum"a münasibətini açıqlayıb.
APA-nın sorğusuna cavab olaraq Rusiya XİN-dən bildirilib ki, rəsmi Moskva Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır: "Hesab edirik ki, Dağlıq Qarabağın statusu Minsk prosesi çərçivəsində siyasi danışıqlar yolu ilə həll olunmalıdır. Bununla yanaşı, biz düşünmürük ki, nizamlanmanın gedişi "konstitusiya referendumu"nun keçirilməsindən asılı ola bilər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31