Ordu müharibəyə hazır vəziyyətə gətirildi
15 Fevral 2017 12:10 SiyasətUkraynanın şərqində gedən döyüşlər şiddətləndiyi bir vaxtda Rusiya Silahlı Qüvvələri döyüş hazırlığına başlayıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin Qərb diviziyaları, o cümlədən Sankt-Peterburqda yerləşən hərbi hava və dəniz qüvvələri müharibəyə hazır vəziyyətə gətirilib.
Faktı Rusiya Müdafiə Nazirliyi də təsdiqləyib.
Nazirliyin yaydığı məlumatda deyilir ki, Rusiya ordusunun Qərb hərbi birləşmələri yeni genişmiqyaslı təlimlər keçirəcək. Hərbi təlimlərin Ukrayna və digər Şərqi Avropa ölkələri ilə sərhədə yaxın bölgələrdə keçiriləcəyi ehtimal edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31