Partiya rəsmisindən dindarlara irad

İran prezidenti Həsən Ruhani dekabrın 21-də Ermənistana səfər edəcək. O, İrəvanda ermənistanlı həmkarı Serj Sərkisyanla iki ölkə arasında bir neçə əməkdaşlıq sənədi imzalayacaq. Bir neçə gün öncə isə Azərbaycana İsrail baş naziri Benyamin Netanyahu səfər etmişdi. Elə ilk gündən İran siyasilərinin və din xadimlərinin İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana gəlməsininə bütün beynəlxalq normalara zidd olaraq bəyanatlar verdilər və öz eitrazlarını bildirdilər.

Niyaməddin Orduxanlı: "Niyə bizim mollalar İranın mollalarına etiraz etmir?"

İran prezidenti Həsən Ruhani dekabrın 21-də Ermənistana səfər edəcək. O, İrəvanda ermənistanlı həmkarı Serj Sərkisyanla iki ölkə arasında bir neçə əməkdaşlıq sənədi imzalayacaq. Bir neçə gün öncə isə Azərbaycana İsrail baş naziri Benyamin Netanyahu səfər etmişdi. Elə ilk gündən İran siyasilərinin və din xadimlərinin İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana gəlməsininə bütün beynəlxalq normalara zidd olaraq bəyanatlar verdilər və öz eitrazlarını bildirdilər. Azərbaycanla bağlı çox kəskin açıqlamalar verməklə yanaşı ölkəmizin daxili işlərinə müdaxilə etdilər". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri BAXCP-nin sədr müavini Niyaməddin Orduxanlı səsləndirib. O, bildirib ki, İran mollarına hakimiyyətin təmsilçiləri ilə yanaşı bir müxalifət təşkilatının sədr kimi, öz etirazını bildirib: "Ancaq bu günə kimi, bir dəfə də şahidi olmadım ki, Azərbaycanda, yüzlərlə məscidin axundu olan və minlərlə din xadimi İran ayətullarının və mollarının Azərbaycana yönəlik bəyanatlarına etiraz etsinlər. Bizim mollalar İran mollarına etiraz etməlidilər və Azərbaycan dövlət maraqlarını qorumalıdırlar. Mən dindar deyiləm. Ancaq şəxsi qənaətim odur ki, bizim axundlar ən azı cümə günü , elə Cümə namazında bircə dəfə də olsun deməlidirlər ki, "İran niyə işğalçı Ermənistana dəstək verir?!".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31