Deputat: “Sarkisyan sanki biz ə meydan oxuyur”

“Ermənistan prezidenti Respublika Partiyasının qurultayında dolayısı ilə Azərbaycanı hədələyərək bildirib ki, lazım gələrsə Bakını da işğal edə bilərlər. Biz hamımız yaxşı xatırlayırıq ki, aprel döyüşlərində siçan kimi girməyə deşik axtaran Sarkisyan indi Kremldə gedib özünə deşik tapıb”.

"Ermənistan prezidenti Respublika Partiyasının qurultayında dolayısı ilə Azərbaycanı hədələyərək bildirib ki, lazım gələrsə Bakını da işğal edə bilərlər. Biz hamımız yaxşı xatırlayırıq ki, aprel döyüşlərində siçan kimi girməyə deşik axtaran Sarkisyan indi Kremldə gedib özünə deşik tapıb". Bu sözləri Milli Məclisin bu günkü iclasında deputa Qüdrət Həsənquliyev deyib. Deputat bildirib ki, Sarkisyan sanki bizə meydan oxuyur. Onun sözlərinə görə, Sarkisyan arxasında Rusiyanın "İsgəndər" raketlərini hiss etməklə özünü güclü hesab edir: "Uzun müddət mən Azərbaycanla Rusiya münasibətlərinin yaxşılaşmasının tərəfdarı kimi çıxış etmişəm. Bildirmişəm ki, Ermənistanın arxasında Rusiya dayanır və ona görə də münaqişə həllini tapa bilmir. Bu gün Şoyqu İrəvana gəlir və orada birgə qoşun yaradılması ilə bağlı sənəd imzalanacaq. Bu, Rusiyanın münaqişənin həllindəki vasitəçiliyə və Azərbaycanla münasibətləri ilə uyğun gəlmir. Azərbaycan Rusiya ilə münasibətlərin yüksək səviyyədə qaldırması üçün əlindən gələni edir. Amma nə belə vasitəçi nə də strateji tərəfdaş olmaz".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31