Deputatlara yeni vəzifə verildi
Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradovla deputat Cavanşir Feyziyevə yeni vəzifə verilib.
18 Noyabr 2016 17:54 SiyasətMilli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradovla deputat Cavanşir Feyziyevə yeni vəzifə verilib.
Milli.Az bildirir ki, bu barədə Milli Məclisdən modern.az-a verilən məlumatda bildirilib. Belə ki, deputat Fuad Muradov bundan sonra Avronest Parlament Assambleyasında Azərbaycanın nümayəndə heyətinin rəhbəri vəzifəsində olacaq.
Cavanşir Feyziyev isə Avropa İttifaqı (Aİ)-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədridir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31